adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 13:05
72
DÜNYA
A- A+

Buça qətliamının günahkarı kimdir?

Ukraynalı müstəntiqlər ilk dəfə olaraq 2022-ci ildə Buçada mülki əhalinin kütləvi qətlinə görə Rusiya ordusunun 76-cı Hava-Desant Hücum Diviziyasının tağımına komandirlik edən Yuri Kimi ittiham ediblər.

Adalet.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Kim 17 qətl və mülki əhaliyə qarşı 4 qəddarlıq hadisəsində şübhəli bilinir.

İddia olunur ki, o, insanlara zərər vermək və öldürmək, sonra isə cinayət sübutlarını ört-basdır etmək üçün cəsədləri yandırmaq əmri verib.