“Ağdama ağ günü İlham Əliyevin diplomatiyası bəxş etdi...”
“Adı "ağ"la başlayan qədim şəhərimiz Ağdamın qara günü 1993-cü il iyulun 23-də başladı. Bu, şəhərin təcavüzkar Ermənistan tərəfindən sadəcə işğal edilməsi deyil, eyni zamanda barbarlığın növbəti təzahürü, evlərin təkcə damlarının yox, həm də divarlarının ağ daşlarının sökülüb daşındığı, tarix və mədəniyyət abidələrinin, qəbiristanlıqların yerlə yeksan edildiyi, daş üstə daşın saxlanmadığı, Xirasimoya, ruhların dolaşdığı yerə çevrildiyi günün başlanğıcı idi. İşğalçı şəhərdə yalnız bir məscidi saxladı. Ondan da müşahidə məntəqəsi kimi istifadə etdi. Sakinlər məcburi köçkünə çevrildilər. Qara günə 2020-ci il noyabrın 20-də son qoyuldu. Ağdam ağ günə çıxdı”.
Adalet.az xəbər verir ki, Milli Məclisin sədr müavini, millət vəkili Musa Qasımlı deyib.
O, bildirib ki, Ağdama ağ günü cənab Prezidentimiz İlham Əliyevin siyasəti, diplomatiyası bəxş etdi:
“Şəhər bir patrondan istifadə edilmədən düşmən qüvvələrindən təmizləndi. Döyüşlə alınsaydı nə qədər şəhid verərdik? Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azad edildikdən sonra şəhərin həyatında quruculuq dövrü başladı. Dövlət başçımızın Ağdama hər bir səfərində yaşayış binalarının, infrastruktur layihələrinin əsası qoyuldu və tikilənlərin açılışı oldu. Qısa müddətdə dəmir yol vağzalı, məktəb inşa edildi və s. Tikilən Muğam Mərkəzində Muğam müsabiqəsinin keçirilməsi mədəniyyətimizin bu yerlərə qaytarılması və böyük mədəniyyət hadisəsi oldu. Dağıdılmış tarix-mədəniyyət abidələrimiz, məscidlərimiz, Qarabağ xanı Pənahəli xanın XVIII əsrə aid imarəti yenidən tikilir. Tariximiz özümüzə qaytarıldı. Azadlığın mübarək, Ağdam! İşğal illərinə və azad edildikdən sonraya aid bir neçə fotoşəkil hər şeyi deyir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Noyabr 2025 12:59
Gələn ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi
20 Noyabr 2025 12:42
Elşən Musayev: “Dövlətimizin büdcəsi Qafqazın ən böyük büdcəsidir"
20 Noyabr 2025 12:23
"Bu gücü qorumaq üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır" - Komitə sədri
20 Noyabr 2025 11:50


Bakı -°C

