Tokayev İlham Əliyevə təşəkkür edib
Azərbaycan liderinə sanksiyaları ləğv etmək və ölkəsi vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaratmaq qərarına görə minnətdarlığımı bildirirəm.
Adalet.az Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu sözləri Astanada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi birgə mətbuat brifinqində deyib.
“Bu ilin noyabr ayında Azərbaycan vasitəsilə Ermənistana 1000 ton Qazaxıstan taxılının ilk partiyası çatdırılıb. Bu təşəbbüs xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edir. Qazaxıstan Ermənistana mütəmadi olaraq yüksəkkeyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır. Biz bu sahəni daha da inkişaf etdirmək üçün bütün səylərimizi göstərməyə razılaşdıq”, - deyə Qazaxıstan Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət ikitərəfli və regionlararası əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradır.
“Qazaxıstan Ermənistanın nəqliyyat və tranzit sektorunda “Sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyir. Biz, həmçinin TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsində iştirak etməkdə maraqlı olduğumuzu təsdiqləyirik. Bu strateji dəhlizləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Şimal-Cənub” dəhlizi ilə birləşdirmək hər iki ölkənin maraqlarına uyğundur”, - deyə dövlət başçısı vurğulayıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

