Gürcüstanın Baş naziri Azərbaycanın daxili işlər naziri ilə görüşüb - FOTO
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ilə görüşüb.
Adalet.az xəbər verir ki, Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Bildirilib ki, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında illər ərzində qurulan uğurlu ikitərəfli tərəfdaşlıq mövcuddur.
Qeyd olunub ki, bu gün iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlıq sazişi tərəfdaşlığı gücləndirəcək, xüsusilə cinayətlərin qarşısının alınması, açılması və təqsirkarların müəyyənləşdirilməsi sahəsində birgə fəaliyyətə töhfə verəcək.
Görüş zamanı regionda sabitliyin və davamlı sülhün təmin edilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Görüşdə Gürcüstanın daxili işlər naziri Geka Geladze, Hökumət Aparatının rəhbəri Levan Jorjoliani, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

