Əli Çağla: SEVGİ QUŞ KİMİDİR
SEVGİ QUŞ KİMİDİR
Sevgi quş kimidir, mənim əzizim,
Boş tutsan əlindən çıxıb qaçacaq.
Bərk tutsan əlində boğulacaqdır,
Neynəsən, sevgidir, bir gün uçacaq.
Uçacaq deyirəm, hara uçacaq?
Uçsa da əlini özləyəcəkdir.
Sən əgər vəfasız çıxmasan, gülüm,
Sənin yollarını gözləyəcəkdir.
Özgələr əlində sağlam qalmaqdan,
Sənin əllərində ölmək gözəldir.
Özgələr bağında qan ağlamaqdan,
Sənin qəfəsində gülmək gözəldir.
Sevgilər quş olub, uçmaq istəsə,
Göy üzü tutular, kölgələr düşər.
Qarışar sevgilər, biri-birinə,
Göydən yerə min-min bəlgələr düşər.
Di axtar, tapasan, sevgi quşunu,
Min- min quş içində, itib-batarsan.
Baxarsan, göydən bir ölü quş düşür,
Əl açıb ovcunda onu tutarsan.
Görərsən, sevgindir, qanadı sınmış,
Ürəyin çırpınar, əllərin əsər.
Saxlaya bilməsən onu əlində,
Axırda quş kimi olar can susar...
Sevgi quş kimidir, mənim əzizim,
Boş tutsan əlindən çıxıb qaçacaq.
Bərk tutsan əlində boğulacaqdır,
Neynəsən, sevgidir, bir gün uçacaq.
Əli Çağla
Təbriz
Digər Xəbərlər
29 Sentyabr 2026 13:55
Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub
29 Sentyabr 2026 07:42
Ağıllı oğlan
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59


Bakı -°C

