adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2019 18:19
52820
LAYİHƏ

ƏFSANƏVİ SƏRKƏRDƏNİN EV-MUZEYİNDƏ

Lənkəran şəhərində hamıyatanış bir ünvan var: İsmət Qayıbov küçəsi, 19. Dünyaca məşhur sərkərdə,iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru HəziƏhəd oğlu Aslanovun ev-muzeyi burada yerləşir.

Generalın həyatı və döyüşyolu haqqında müfəssəl məlumat almaq və ən əsası onun hələ 8 yaşında ikən-1918-ciildə öz əli ilə əkdiyi 101 yaşlı innab ağacını görmək üçün qəhrəmanın evinəyollandıq.

Yeri düşmüşkən bildirək ki, Həzi Aslanovun ev-muzeyi 9may 1969-cu ildə istifadəyə verilərkən cəmi 2 otaqdan ibarət olub. 8 may1983-cü ildə evin yeni ekspozisiya otaqlarının açılışı edilib. Otaqların sayı5-dək artırılıb və muzeyin ümumi sahəsi 114,2 kvm-ə çatdırılıb.

Həmin gün muzeyinaçılışında respublikanın dövlət orqanlarının məsul işçiləri, qəhrəmanınoğulları-Tofiq Aslanov, Arif Aslanov, qardaşı Abbasqulu Aslanov, yaxınqohumları, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri də iştirakediblər.

1985-ci ildə Həzi Aslanovunev-muzeyi qələbənin 40 illiyi münasibətilə hərbi-vətənpərvərlik sahəsindəsəmərəli fəaliyyətinə görə SSRİ Mədəniyyət Nazirliyinin diplomuna layiqgörülüb.

Həzi Aslanovunev-muzeyinin ilk direktoru qəhrəmanın ömür-gün yoldaşı Xavər xanım Aslanovaolub. Bir il sonra isə bu vəzifəyə Həlimə Axundova təyinatalıb. Daha bir müddət sonra muzeyə rəhbərlik işi Tamara Fətullayevaya tapşırılıb. Tamara xanım, demək olar ki, muzeyyarandığı gündən burada çalışıb. Elmi işçi vəzifəsindəndirektorluğa kimi yüksəlib. Cəmi bir ayöncə sevimli işindən ayrılıb.

Qeyd edək ki, generalın ev-muzeyininziyarətinə müxtəlif vaxtlarda tanınmış simalar- qəhrəmanın döyüş yoldaşları,korpus komandiri və digərləri gəliblər. Məşhur müğənnilər, Xalq artistləriŞövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Sovet İttifaqı QəhrəmanlarıZiya Bünyadov və Məlik Məhərrəmov da generalın ev-muzeyini ziyarət edənlərdəndir.

Muzeyin elmi işçisi CəmiləŞərifovanın sözlərinə görə, generalın evində qəhrəmanın anasının və özününşəxsi əşyaları saxlanılır:"Ev yerli memarlıq üslubunda çiy kərpicdən tikilib. Evin 5 otağı və 1geniş eyvanı var. Birinci otaqda generalın anası Nuşafərin xanımın şəxsiəşyaları qorunur. İkinci otaqda qəhrəmanın 1924-40-cı illər ərzində hərbixidməti əks etdirən ekspozisiyalar, üçünü otaqda onun Moskvadan Stalinqradaqədər keçən döyüş yolundan xəbər verən ekspozisiyalar, 4-cü otaqda BelarusiyadaBaltikyanı ölkələrə qədər döyüş yoluna dair ekspozisiyalar, 5-ci otaqda isəmuzeyə verilən hədiyyələr, generalın bir neçə şəxsi əşyası, o cümlədən generalforması və sırıqlısı saxlanılır”.

Təqdirəlayiq haldır ki, muzeydəsaxlanılan eksponatların sayı 2351 ədədə çatıb. Onlardan 421 ədədieksponatların əslidir, 1930 ədədi isə elmi-köməkçi eksponatlardır. Buradageneralın xatirə əşyalarından şəxsi hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı,yorğança, süfrə və s. saxlanılır.

C.Şərifovanın bildirdiyinəgörə, bu günə qədər qəhrəmanın ev-muzeyinə bir milyondan çox ziyarətçi gəlib. Onlarınəksəriyyəti öz ürək sözlərini muzeyin xatirə kitablarına yazıblar. Artıq xatirə kitablarının sayı 50-ə çatıb. Maraqlıdır ki, ilkxatirə kitabına ilk ürək sözü muzeyin açılışı günü Azərbaycanın görkəmli yazıçıları Hüseyn Abbaszadə və Əli Vəliyevyazıblar.

Qeyd edək ki, Hüseyn Abbaszadə Həzi Aslanovun döyüş yolundan bəhs edən"General" romanının müəllifidir.

Zəruri xatırlama: HəziƏhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-dəLənkəranda anadan olub. İbtidai təhsilini şəhər 1 saylıorta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhləkimi işləməyə başlayıb. Sonra komsomol göndərişi ilə Zaqafqaziya hərbi hazırlıqməktəbinə göndərilib. 1924-1930-cu illərdəBakıvəLeninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinədaxil olub. İkiillik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvaridiviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

HəziAslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik vəqoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, AleksandrNevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni vəmüxtəlif medallarla təltif olunub.

1944-cüildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfəyüksək ada təqdim edilsə də,SSRİhərbirəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib.Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanıadı verilib.

StalinqraddanBaltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildəLatviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlakolub.

QəbriBakıdaŞəhidlər Xiyabanındadır.

Azad ZÜLALOĞLU,

Ağaddin BABAYEV,

Lənkəran.