adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2018 15:27
12032
ƏDƏBİYYAT

Ədəbiyyata mədəsi ilə xidmət edən qadın

Ədəbiyyata zehni, barmaqları, ürəyi, gözləri ilə xidmət edənlərə "mədəxidməti” qəribə gələ bilər. Amma bu da mümkünmüş. Alman əsilli İngiltərə vətəndaşıolan Nina adlı bir xanım ədəbiyyata xüsusi marağı ilə seçilir. Onun zənginkitabxanası var, xüsusən də nadir nüsxədə olan kitablar və əlyazmalarsaxlanılır. Bundan başqa, yeni nəşr kitablar da bu zənginliyə rəng qatır. Amma41 yaşlı bu qadın həmin kitabları heç kimə vermir. Çünki özü bu kitablarıoxuyandan sonra yeməyə başlayır. Bəli, məhz yeməyə! Dediyinə görə, ən dadlıkitablar köhnə kitablardır. Onların vərəqləri spesifik qoxulu və quru olur. Onagörə də ağızda tez əriyir. İkinci yerdə isə incə vərəqli kitablardır. Nəfis tərtibolunmuş, yağlı kağızlı kitablar yaxşı çeynənmir, dadı da pisdir. Ucuz kitablarisə daha dadlı və turşməzə olur. Ninanın kitabxanasındakı nadir kitablarınhamısının kənarları yeyilib, onları tamamilə yeməyə əli, daha doğrusu ağzı gəlmir.Amma təzə kitabların təkcə üz qabığı qalıb. Bu isə kitab mağazalarına sərfedir. Qadın sanki marketdən hər həftə ərzaq alırmış kimi, kitab mağazalarındanda onlarla kitab alır. Sonra həftə boyu divanda oturub televizora baxa-baxakitabları xırıd edir. Özünün dediyinə görə, bu qəribə iştah onda ikinci övladınahamilə olarkən başlayıb.

Məsələ burasındadır ki, hamilə qadınlarda qeyri-adi iştahanın başqaldırması sıx görülən hadisədir. Dünyanın hər yerində qadınlar hamiləlik dönəmindəağlagəlməz "qida”larla mədəsini təmin edirlər. Ayaqqabı mazı, divar kağızı, daşyeyənlər, benzin içənlər nə qədər desən var. Amma bu, bir dönəmdir, heç 9 ay daçəkmir. Hamiləliyin meyilçəkmə dönəmi bitdikdən sonra qeyri-adi qidalar da gələcəkdəailənin gülüş və məzəli xatirəsinə çevrilir. Qəribədir ki, bəzi qadınlardahamiləlik bitir, ancaq bu vəziyyət bitmir. Həkimlər də çarəsiz qalırlar. Axı nəmüalicə yazılsın ki, qadın daş-divar yeməsin?!

Lakin Böyük Britaniya qadınlarının bir qismində hamiləlik kaprizləribitmir, uşaq məktəbi qurtarır, anası hələ də qışın oğlan çağında təzə otu cücərmiştorpaq yemək istəyir. Bunların arasında ən üstünlük təşkil edən "qida”suvaqdır. Bəzi qadınlar evlərinin dəm-divarlarını qaşıyıb yeyirlər. Onlarınsözlərinə görə, ən dadlı evlər tarixi binalardır. Onların suvaqları illərdir hərcür rütubəti və qoxunu canına çəkdiyi üçün özünəməxsus dad alıb. İndi əlaqədarqurumlar həmin qadınların ərlərindən çox narahat olurlar. Çünki belə getsə"Dumanlı Albionun” tarixi binaları mədələrə gömüləcək.


Şəfiqə ŞƏFA