adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Aprel 2018 11:57
15546
ƏDƏBİYYAT

Ədəbiyyat həm ümidin, həm də ümidsizliyin dəfn olunduğu yerdir...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı jurnalist,yazar Tural İsmayılovdur.

-Çexov ədəbiyyatı "ümid” , bu işlə məşğul olanlarıisə "boşuna ümid edənlər” adlandırırdı. Ədəbiyyatda ümid və ümidsizlikanlayışları nə vaxt və harada özünü göstərir?

-Çexov yanılırdı. Ədəbiyyatın harası ümiddir ki? Ədəbiyyatsadəcə yaşadığın həyatın sıxıntılarından qurtulmaq, özünlə tək qalmaq, hadisələrvə obrazlar uyduraraq ömrünü daha dözümlü etməyin silahıdır. Ədəbiyyat həmümidin, həm də ümidsizliyin dəfn olunduğu yerdir. Sən ədəbiyyata "bulaşdınsa”burada sadəcə yazdıqların və yaratdıqlarınla üst səviyyədə hiss edirsən özünü.Ədəbiyyat yaradıcı azadlığının ən kuliminasion nöqtəsidir. İstədin, yaz, istəmədin,düşün və sonra yenidən yazmağa cəhd et. Ədəbiyyatla məşğul olanlar "boşuna ümidedənlər” deyil, "insanlara ümid verənlərdir”. Nəinki böyük bir əsər, adicə birhekayədəki bircə cümlə belə insan həyatını dəyişə bilir. Elə bil ki, söz soyuqbir snayperdir, hədəf isə insan qəlbidir, bir cümləylə nə qədər yaxşı yaxud pismesajlar verə bilərsən. Məsələn, Dino Busattinin "Tatar Çölü” əsəri, ya daSaramaqonun "Korluq” əsəri hətta xərçəng olsan belə, son saniyəyə qədərqurtuluşu təbliğ edir. Ədəbiyyat insana sevinc verə bilən yaylım atəşidir, həyatenerjisinin sərbəst olduğu sahədir, ədəbiyyatla məşğul olanlar eqolarını vəkinlərini kənara ataraq əsərdə obrazlara çevrilirlər və insanlardan qiymətləndirmətələb edirlər. İnsanların ən səmimi olduğu yer ədəbiyyatdır. Burada insan məsumdur,günahları obrazlar edir, sən etdiyin bütün əclaflıqları belə dərk edir, özünəqarşı mənəvi hücumları obrazlarına yönəldirsən. Nə qədər tərif verirsən, ver,çabalayırsan çabala, ədəbiyyata tərif vermək onu sərhədlərə salmaqdır. Məhz bu baxımdan Çexovla razılaşmıram. Ammabildiyim bir şey var ki, yazmaq və yaratmaq bu dünyadakı ən dəyərli şeydir. O,bütün ideologiyalardan, ideologiyalardan, kapitalizmdən də, sosializmdən də vəsair nüanslardan da bir addım öndədir. Ədəbiyyat ümiddən daha üstün nələr varsaonların külliyatından daha qiymətli və əvəzolunmazdır, bu isə danılmaz həqiqətdir!

-Bəzənyazarların çoxluğu, daha doğrusu kəmiyyət baxımından keyfiyyət göstəricilərininaşağı olması narahatlıq doğurur. Necə düşünürsünüz bu daha çox nə ilə əlaqədardı?

-Yazarların çoxluğu bizim şişirtdiyimiz şeydir.İnsanlar yazmaq istəyir də. Neynəməli? Senzura tətbiq ediləsi deyil ki. Yazmaqistəyirlər, yazsınlar da. Kəmiyyətin çoxluğu əsla keyfiyyətə təsir edən nüansdeyil. Rasional fəlsəfəyə görə, keyfiyyət əsla kəmiyyətin göstəricisi deyil.Amma təəssüf doğuran məsələ bilirsənmi nədir? Hamı özünə şair, yazar deməyəçalışır, amma tutaq ki, bir nəfər nanotexnoloq, robot mühəndisi, yaxud fizikolmağını qabartmır. Ədəbiyyatın inkişafı istənilən halda yaxşıdır, o halda ki,kütləvi ədəbiyyat yalnız bədii ədəbiyyatla təmsil olunmasın, burada həmçinin fəlsəfivə elmi ədəbiyyat da yer alsın. Bax o zaman bu dediyin nüanslardan qətiyyənnarahat olmağa dəyməz. Çox istərdim ki, özünə şair-yazar deyənlərimiz, lap eləhamımız Feysbukda dəyərlərə sataşıb, insanların hissləri ilə oynayıb, təhqirlərdənfeyziyab olmaq yerinə yeni nələrsə yazaq. Bax yazarların çoxluğu bu baxımdankeyfiyyətsizliyə səbəb olur ki, lazımlı məsələlər qalır qıraqda, ədəbiyyat şouelementləri ilə dolur. Axı hansı yaradıcı adamda qıcıq yaranmır? Adam bir kitabçıxarır, nə hoqqadan çıxırsa, hamı deyir ki, "yazıçı bunu etdi”. Yaxud 5-6şeiri çıxıb, ağzına gələni yazır, o saat hədəf bəlli olur: "bizim gənc şairlərbelə edir...”

Ədəbiyyatı özünə hörmət etməyən adamlardan qorumaqlazımdır, ələlxüsus da bizimlə eyni yaşda olan həmyaşıdlarımızdan. Ədəbiyyatınkeyfiyyəti bir tərəfdən də oxucunun mütaliə səviyyəsindən və hazırlıqlıolmasından asılıdır. Tutaq ki, bir sevdiyi gənc şair, yazar hansısa bir bədii mətninipaylaşırsa ona az rekasiya verib, sayıqlamalarına daha çox diqqət ayırırsa, o gəncdə istər-istəməz çoxluq tərəfindən yönəldiləcək. Belə məsələlərdə kifayət qədərdiqqətli olmaq lazımdır. Ədəbiyyatı bizlərkeyfiyyətli etməmişik. Azərbaycan ədəbi ənənələri ilə regionda önəmli yerdədir,biz çalışıb dünya ədəbi arealına çıxmalıyıq, amma içib sərxoş olduqdan sonragedib evdə yatmaq yerinə, sosial şəbəkədə özümüzü biabır etməklə məşğulolacayıqsa, gələcəyimiz heç də pozitiv proqnozlaşdırılmır.

-AzərbaycanYazıçılar Birliyinə üzvlüyünüz haqqında nə deyə bilərsiniz? Bu addımın atılması hansı zərurətdən irəli gəlirdi?

-Heç bir zərurəti yox idi. Sadəcə mənim 30-a yaxınhekayəm müxtəlif saytlarda, qəzetlərdə, dərgilərdə çap olunub. Tərcümələrim varsayısız, Türkiyədə ədəbi yazılarım dərc olunub, şeirlərim var, sayısız esseləryazmışam, bir ildən çox ədəbiyyat saytında redaktor olmuşam və bu ədəbi xidmətləriminəzərə alaraq AYB üzvü niyə də olmayaydım ki? Müraciət etdim və bir il sonraüzv qəbul olundum. Yazıçılar Birliyi gözəl, böyük, yaradıcı ocaqdır, orada təmsilolunmaq istədim. Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında danılmaz birmöhür olan Anar kimi yazıçının sədri olduğu və özümüz kimi insanlarıntoplaşdığı yaradıcı bir ocaqda təmsil olunmaq qürurvericidir. AYB Azərbaycanınçağdaş ədəbiyyatının pasportudur, ədəbiyyatımızdakı neçə-neçə dəyərli isimlərdə,əsərlərdə AYB imzası var. AYB-nin ədəbiyyatımız üçün önəmini görməmək sadəcəolaraq anlamadığım bir şeydir. Yazıçılar Birliyi neçə gənc yazarın yetişmə vəinkişaf stimulu olub və hələ bundan sonra da neçə illər bu tendensiya davam edəcək.

-Sonzamanlar mətbuatda "söz adamları” yeni mətnlərin kasadlığından giley-guzaredirlər. Ciddi mətnlərə də sanki tələbatazdı. Daha çox bayağı, şou xarakterli yazılar oxunma sayına görə fərqlənir.Saytlarda da bu hallara tez-tez rast gəlinir. Məsələ deyəsən getdikcə qəlizləşir...

-Biz bu məsələni də çox faciəvi təqdim edirik.Dünyanın bütün nöqtələrində populyar kültür və şou kultu ciddi şeylərdən və ədəbiyyatdandaha çox ilgi görür. Sadəcə dünyada ədəbiyyat da, fəlsəfə də paralel maraqgörür. Bizdə isəpaparassi gündəmi ciddi şeylərdən daha böyük rəğbət görür. Mənjurnalistika ilə məşğul olduğum üçün bu tendensiyanı açıq görürəm. Redaktoruolduğum sayt aylıq ilk altı pillədə yer alır və inanın ki, oxucu ciddimateriallara daha az önəm verir ki, nəinki şou tipli, kültürəl əhəmiyyətiolmayan materiallar.

-Ədəbi tənqidəmünasibətin necədir?

-Hər sahədə tənqid yenilənmədir, tərəqqidir, yüksəlişdir.Münasibətim çox yaxşıdır. Və istərdim ki, ədəbi tənqid sahəsində də gəncləryetişsin. Amma ədəbi tənqidçi olmaq üçün zəngin mütaliə bazan və biliklərinolmalıdır. Gənclərin yaradıcılığına münasibətdə ədəbi tənqid yazıları inkişafverici nüansdır.

-Tərcüməsahəsində, xüsusən son zamanlar müəyyən işlər görülməkdədi. Kitab çapı da yeniforma və məzmun almaqdadı. Amma yenə də oxucu qıtlığı müşahidə olunur... Buistiqamətdə əsas işlər kimlərin və ya hansı qurumların üzərinə düşür?

-Razı deyiləm. Mən uşaq olanda biz kiril əlifbasındaköhnə kitablar oxuyurduq. İndi nəşriyyatlar böyük işlər görürlər. Sadəcəkommersiya xatirinə "basməmmədi”, keyfiyyətsiz tərcümələri, redaktələri ələməklazımdır. Bilirsiz, bir tərəfdən biznesmenləri və nəşriyyatları qınamaqlazımdır ki, kommersiya maraqlarına görə bəsit materialları, kütləni aldada biləcəknəşrləri tərcümə etməsinlər, amma digər tərəfdən də onlara da haqq qazandırmaqolur. Ümumilikdə, bir neçə kitab işi ilə məşğul olan qurumlar, nəşriyyatlaristisna olmaqla samballı əsərlər, samballı redaktələr və tərcümələrdə böyük birproblem müşahidə etmirəm.

-Uşaq ədəbiyyatıhaqqında nədənsə o qədər də çox danışılmır və ya işlər görülmür. Bu sahədəhansı boşluqları qeyd etmək olar?

-Modern ədəbiyyatımızda nəsr və nəzm ilgi görsə də,uşaq ədəbiyyatı və dramaturgiyaya meyil olmur. Mən 10-a yaxın nağıl yazmışam vəmaraqla da qarşılanıb, cizgi filmi də çəkilib. Ümid edirəm ki, uşaq hekayələridaha çox yazacağam.

-Ədəbiqruplaşmaların kənardan görüntüsü və bunu ədəbi proseslərə təsiri nə dərəcədədi?

-Ədəbi qruplaşmalar ancaq 5-10 faiz qalmaqalameyilli yazar üçün maraqlıdır. Ciddi yazarlar və oxucu üçün qətiyyən maraqlıdeyil. Sadəcə bir məsələni qeyd edim ki, zamanında ədəbi qruplaşmalararasındakı polemikalar ədəbi canlanmaya da təsir etdi. Bu, danılmaz faktordur.

-Dünya ədəbiyyatındanoxumağa vacib bildiyiniz əsərlər...

-Nə istəyirsiz, oxuyun. Bu barədə o qədər siyahıdemişəm, yazmışam ki. Oxucular özləri qərar versə yaxşıdır. Çünki hərənin birzövqü və yanaşma tərzi var.

-Müasirdövr Azərbaycan ədəbiyyatından kimləri oxuyursan?

-Qarşıma çıxan hamını. Amma xüsusən Qismət, Səlim Babullaoğlu, AqşinEvrəndən demək olar ki, hər şeyi oxuyuram.

-Nəzm vənəsr arasında keçidlərin uğursuzluğu daha çox yazarın qarşısına hansı öhdəlikləriqoyur?

-Hansı sahədə daha yaxşıdırsa o sahədə yazmağı. Şeiralınmırsa, çox üzərinə düşmək lazım deyil, o ruh gələnə kimi gözləmə mövqeyindəolmaq lazımdır. Ümumiyyətlə, mən planlı yaradıcılığı anlamıram, poeziya və nəsrplanla olmur, o, "gələndə” "gəlir”.

-Ədəbimükafatlara münasibətiniz....

-Lap yaxşı. Mükafat əlavə stimuldur.

-Fəlsəfəyoxsa ədəbiyyat?

-Onlar iki "qardaşdır”. İkisi də dəyərlidir. Fəlsəfədünyagörüş, ədəbiyyat isə yaradıcılıqdır.Biri olmadan digəri mümkün deyil.

-AndreyPlatonov hər işdə sevgi, hər sevgidə bir iş olduğunu vurğulayırdı. Necədüşünürsünüz ədəbiyyatda, fəlsəfədə sevgi və iş nisbəti necədir?

-Sevgi olmasa nə yaza, nə düşünə bilmərik. Bu həyatdasevgisiz olan hər şey bərbaddır.

-Keçmişyoxsa gələcək?

-Ancaq gələcək!

-Sonolaraq "söz” haqqında sözünüz...

-Sözümüz kəsilməsin ki, nəfəsimiz kəsilməsin.


Söhbətləşdi: Tural Cəfərli