06 Aprel 2018 12:15
21399
ƏDƏBİYYAT

ƏDƏBİ ADLAR: Nikolay QOQOL

"Heç kim mənim sirrimi sona qədər bilməyəcək” – bu peyğəmbəranəproqnozu rus ədəbiyyatının ən müəmmalı adı Nikolay Qoqol hələ sağlığında deyib.Üstündən də möhürünü necə basıbsa, həqiqətən də bu günə qədər heç kim Qoqolun sirrinisonadək anlaya bilməyib. Halbuki yazıçının ölümündən bu yana onun müəmmasıaraşdırılır, bəlkə də bundan sonra da davam edəcək. Hərə onun yaradıcılığı,xüsusən də ölümü ilə bağlı öz fərziyyəsini irəli sürür, ancaq yenə də fikirlərhaçalanır. Biz niyə "Ədəbi adlar”ın bu sirri yolunda addımlamayaq? Görək,Qoqolun yazıçılığından çox, müəmmalı həyatı və ölümü ilə tanınmasının səbəblərinə idi?!

Qoqolun ədəbiyyata gəlişi təsadüfi olmayıb. Onun atası Vasili dəyazıçı olub və teatrlar üçün kiçik pyeslər yazıb. Elə oğluna ədəbiyyata sevginidə o aşılayıb. Amma gələcəyin böyük yazıçısına mistikanı aşılayan, bəlkə dəoğlunun psixikasını pozan isə anası olub. Mariya İvanovna tünd xasiyyəti,vasvasılığı və öz kölgəsindən belə qorxması ilə dost-tanışın yaddaşında özünəyer eləmişdi. Məsələ burasındadır ki, bu qadının nəslində çoxsaylı psixi xəstələrolub. İndi hörmətli Vasili bu qızı alanda naxoşluğunu bilib ya yox, hər haldabiləndə də arvaddan əlini üzməyib. Qadının olan-qalan ağlı da dünyaya gətirdiyi12 övladının elə uşaqkən ölməsi ilə gedib. Bəlkə də elə buna görə sağ qalmışövladı Nikolaya və iki qızına həddən artıq bağlanıb. Müasirlərinin dediyinə görə,qadının öncəgörücülüyü də varmış. Yaxınlarına deyirmiş ki, oğlu çox tanımışadam olacaq.

Elə anasının mistik düşüncələri, hər günündə sanki bu dəqiqə öləcəkmişkimi qorxusu oğluna keçmişdi ki, yazıçı bütün ömrü boyu ölüm qorxusu, dahadoğrusu diri-diri basdırılmaq qorxusu ilə yaşayıb. Hətta vəsiyyət də edibmişki, o öləndən sonra meyiti çürüməyənə qədər basdırılmasın. Amma belə ehtimaledilir ki, yazıçının qorxusu çin olub, onun vəsiyyətinə əməl olunmadan, nəşi təzə-tərhalında basdırılıb, gerisi isə tüklərürpədicidir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, yazıçının nəinki anası, elə nənəsidə uşağı heç böyüklərin ağlı kəsmədiyi qorxunc fikirlərlər bəsləyirmiş. Tauşaqlıqdan nənəsinin səmaya aparan xəyali pilləkən haqqında nağıllarını eşidənQoqol ömrü boyu bu pilləkəndən qorxub. Hətta öldüyü gün onun son sözü bu olub:"Pilləkən... Tez pilləkəni gətirin!”

Daha bir maraqlı fakt odur ki, Qoqol özünün bəyənmədiyi əsərlərini"Alov” təxəllüsü ilə çap edirmiş. Çünki deyilənə görə, yazıçının tənqidə heçdözümü yoxmuş. O, ən adi tənqidi fikri belə qərəz kimi qəbul edir, bunu ürəyinəsalırmış. Sonra da əsərlərini yandırırmış. "Ölü can”ların ikinci hissəsini də bəyənmədiyiüçün yandırıb. Ona görə də gözünə pis görünən əsərlərini başqa adla çapetdirirdi ki, sərt tənqidlərdən uzaq olsun. Onsuz da özünəqapanan, asetik birinsan olan Qoqol hər tənqiddən sonra bir az da özünə qapanır, evdən çöləçıxmırmış. Ev deyəndə ki, zavallının ömrü boyu evi də olmayıb: o, həmişə otelotaqlarında, ya da dost-tanışının evində qalırdı. Əyin-başı nimdaş, cibində isəqəpik-quruş olardı. Öləndən sonra onun qaldığı evdən yalnız kitabları, daim birçamadanda saxladığı nimdaş paltarları və dostunun ona bağışladığı qızıl saattapılıb.

Elə əsl müəmma da Qoqolun ölümündən sonra başlayır. Daha doğrusu,yazıçı Lidinin sayəsində... Ölümündən 79 il sonra qəbiristanlığın köçürülməsiilə əlaqədar Qoqolun də qəbri də daşınmalı olur. Lidinin sözlərinə görə, qəbiraçılanda yazıçının meyiti üzü üstə çevrilmiş halda olub. Bu da yazıçınındiri-diri basdırılması fikirlərinə vüsət verib. Üstəlik, meyitin kəlləsi qəbirdəolmayıb. Belə bir şayiə gəzirdi ki, yazıçının kəlləsini tacir Aleksey Baxruşinöz kolleksiyası üçün oğurlatdırıb. Onun kolleksiyasında bir çox tanınmışrusların, eləcə də dövrünün böyük aktyoru Şepkinin də kəlləsi olub. Başqa bir əfsanəyəgörə Baxruşin yazıçının kəlləsini gümüş dəfnə yarpağı formasında tacla bəzəyərəkşüşə futlyarın içində saxlayırmış. İllər sonra Qoqolun bacısı oğlu, leytenantYanovski Baxruşini hədələyərək kəlləni ondan geri alıb, amma onun sonrakı aqibətidəqiq məlum deyil. Guya leytenant kəlləni yazıçının özünə ikinci vətən saydığıİtaliyaya aparmaq istəyib və bu işi bir italyan kapitana həvalə edib. O isə özkiçik qardaşı olan tələbə vasitəsilə qatarla yola salıb. Yolda tələbə və onundostları zarafat edərək kəlləyə baxmaq istəyiblər, futlyarı açandan sonra qataryoxa çıxıb. Rəvayətə görə, həmin kabus qatar sonralar gah İtaliyada, gah daZaparojye dəmir yolunda görünüb.

Qoqolun həm də bakirliyi pıçhapıçların mövzusu idi. Dostlarınındediyinə və özünün etirafına görə, onun heç bir qadınla cismani sevgisiolmayıb. Bu da yazıçının qeyri-ənənəvi orientasiyası haqqında mifə səbəbolmuşdu. Xüsusən də professor Semyon Karlinski "Nikolay Qoqolun seksuallabirinti” adlı kitabında onun qadınlara yad münasibəti və dərvişanə həyat tərziniqabardıb. Amma bu, sadəcə şayiədən və təxminlərdən o tərəfə keçmir. ÇünkiQoqolun platonik də olsa sevgi macəraları olub. Ailə qurmağa isə onun nə evi, nədə pulu yox idi. Həm də bəstəboylu, soyuq xarakterli, ünsiyyətcil olmaması daqadınları ondan uzaq salıb. Buna baxmayaraq, həyatında iki əsas qadın olub.Onlardan biri – imperatriça freylinası olan Aleksandra Rosset olub. Bu gözəl,nüfuzlu, ağıllı qadın Qoqol kimi bir kişiyə, əlbəttə ərə gəlməzdi. Ənənəvi rusqızlarından fərqlənən bu qız qarabuğdayı, qaragözlü bir gözəl idi. Zamanınınbir çox yazıçı və şairlərinin ilham pərisi olub. Onların arasında Qoqoldan başqaPuşkin, Lermontov kimi adlar da var.Qoqolla məktublaşmasına baxmayaraq, ona imtina etdikdən sonra Aleksandrabaşqa Nikolaya ərə gedir: zəngin, nüfuzlu Nikolay Smirnov imperatorun ən yaxınadamlarından biri idi.

Qoqolun ikinci sevdiyi qadın öz xalası qızı Mariya Sinelnikova olub.Mariya erkən ərə getsə də sonra boşanıb ata evinə qayıtmışdı. Bir dəfə o, xəstəyatarkən xalası və onun oğlu Nikolay baş çəkməyə gəlirlər. Mariya onunlamehriban, yumşaq davranan xalaoğlusuna elə ilk gündən aşiq olur və sevgisini dəqadın özü dilə gətirib. Təəssüf ki, bu sevgi münasibəti yazıçının ölümünə cəmibir il qadığı üçün uzun çəkməyib. Amma yaxınlarının dediyinə görə, Qoqol onunlaxoşbəxt idi. Lakin ölüm bu nakam yazıçının bir kişi kimi xoşbəxtliyinə sonqoydu.

Qoqol bu gün də sevə-sevə oxunur, yada salınır. Dəfələrləaraşdırılıb, əsərləri, xüsusən də "Ölü canlar” başqa dillərə tərcümə edilib. Həttabu yaxınlarda onun həyatı ilə bağlı serial da çəkilib. Düzdür, kinomatoqraflarbu serialı heç də yaxşı qiymətləndirməyiblər. Çünki serialın fon görüntüləriplagiatdır, özü də "Harri Potter” filmlərindən çalınıb. Üstəlik Qoqol burdayazıçıdan çox ekstrasens kimi təqdim olunur. Amma istənilən halda yazıçının bugün də aktual olmasını, dünyanın ədəbi adları siyahısında hələ də parladığınıgöstərir.


Şəfiqə ŞƏFA