06 Iyul 2025 23:45
73
DÜNYA

BRİKS-in növbəti sammitinə bu ölkə ev sahibliyi edəcək

BRİKS-in növbəti sammiti 2026-cı ildə Hindistanda keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənəddə qeyd olunub ki, BRİKS Braziliyanın assosiasiyaya sədrliyini alqışlayır və Rio-de-Janeyroda sammitə ev sahibliyi etdiyinə görə ölkə hökumətinə və xalqına minnətdarlığını bildirir.

Bəyannamədə deyilir:

“Biz Hindistanın 2026-cı ildə BRİKS-ə sədrliyində və BRİKS-in 18-ci Sammitinin Hindistanda keçirilməsində ona tam dəstəyimizi bildiririk”.