adalet.az header logo
  • Bakı -°C
07 Aprel 2026 10:19
75
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Ürəyim...

Çox  ağrıya, çox  acıya  öyrətdim  
Yerli, yersiz, haqlı, haqsız  göynətdim...   
Arada bir  səni  gendən   seyr  etdim -  
Gülə, gülə   üzü  yola  ürəyim!

Eşitmədim hər  istəyin, hər  hayın  
Gözlərində  dəfn elədim  harayın... 
İşğal etdim  bu  qayğılar  sarayın -  
Bilə, bilə üzüyola  ürəyim!..

Bu  həyatın  çox  kitabın  oxudum  
Həm  "Var", həm də "Yox" kitabın  oxudum... 
Sonda  gözü  Tox  kitabın  oxudum -
Gələ, gələ  üzü  yola ürəyim!

Bir  etiraf  anı  vardı dinimdə   
O da  mənim, mən də  onun  günündə... 
Diz  çökübdü  indi  ruhum önündə -  
Ölə, ölə üzü  yola  ürəyim!..
 Gülə, gülə  üzü  yola , ürəyim!