Əbülfət Mədətoğlu: Gecikdim...
(Etiraf şeirlərimdən)
Mən gecikdim-
həmişəki kimi ...
Sən gözlədin -
həmişəki kimi ...
Mən -
gecikməyimdən utandım ,
Sən -
gözlədiyini üzümə də vurmadın -
Həmişəki kimi!...
Doğrusu
Nə qədər cəhd edirəm ,
Gecikməyə bilmirəm...
Sanki, elə
belə də olmalıdı -
Sən gözləməlisən,
Mən də gecikməliyəm!..
Yox, bu qədər də olmaz
- Sən düzünü ,
gərəyini,etməlisən!..
Mən də özümü
Bir daha
sınaqdan keçirməliyəm!...
Danışdıq...
Sabah görüşək -
Həminki, yerdə,
Həminki saatda...
Heç olmasa bir də
nə sən gözlə,
nə də mən gecikim!
Uğurlu olsun
Bu seçim!..
Amma...
şübhəm var özümə-
Qorxuram ki, bu turdan da
keçməyək!
Yaxşısı budur ki,
Gəl məni ,
Olduğum yerdən götür-
Görüşə gecikməyək!
Digər Xəbərlər
06 Aprel 2026 13:38
“5 dəqiqəlik yol”da oxunan “Sözsüz mahnı”, başlanan “Yay əhvalatı”...
06 Aprel 2026 12:45
SULTAN MƏCİD QƏNİZADƏNİN MAARİFÇİLİK İDEYALARI - Göyərcin Mustafayeva yazır
06 Aprel 2026 10:43
Beş roman – tək qəhrəman
04 Aprel 2026 15:05


Bakı -°C

