ƏBÜLFƏT MƏDƏTOĞLU: SEVGİMİN...

("Bir qadına..." silsiləsindən)
İndi payız fəsli deyil, mən bilən
Bəs niyə tökülüb gülü, sevgimin?!
Sazaqmı boylanan, qarmıdı gələn -
Soyuyub, üşüyür külü sevgimin!..
Ümid didiklənib, kədər doğulub,
Ürəyə yüz yerdən xətər toxunub...
İçində hıçqırıb - səsi boğulub -
Elə bil tutulub dili , sevgimin!..
Dünyaya sevinib, gülməyə gəldi -
Amma qarğışlandı - gülləyə gəldi!
Anlaya bilməmiş gül , nəyə gəldi ?-
Döydü qapısını ili, sevgimin!
Əbülfət, güvəncin ötən an olub,
Sənin ağladığın quru can olub!
Bu qəfil gedişdən ruhun qan olub -
Çıxıbdı əlindən əli, SEVGİNİN!..
Digər Xəbərlər

KAİNAT ŞAİRİ BÖYÜK NİZAMİ YARADICILIĞINDA TARİXİLİK və TÜRKÇÜLÜK

ÜRƏYİNDƏN ŞUŞA KEÇİR, GÖZLƏRİNDƏN XATİRƏLƏR...- Əntiqə Kərimzadə yazır

Vitamin çatışmazlığı - Pərvanə BAYRAMQIZI yazır

Magistrın tələbəsiyəm

“Cəmiyyətin ali təhsil, diplom sevgisi pedaqoji savaddan gözləntiləridir”

Azərbaycan qadını - əsl Azərbaycan kişisi - Araz Hüseynov yazır

Tanınmış şair xəstəxanaya yerləşdirildi
