adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 09:52
64
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Gözlərim...

( Bir  Qadına...)

Mənim gözlərimin xöşbəxt günüdü -
Görüb gözlərini, güldü gözlərim...
Bir anda dibinin buzu əridi -
Gördü önündəki güldü, gözlərim!

 

Dağıldı  buludlar, çəkildi  çən  də
Bir  gənclik  sevgisi  kükrədi  məndə!
Günəşin özünü  görəndə  səndə -
Kipriklər  bir-birin  sildi, gözlərim!

 

Bu  sevgi  Allahdan  elə  bir  pay ki,
Onu   Leyli  kimi aləmə  yay  ki...
Gözümə  baxaraq,  telini  say  ki,
Deyən  olmasın  ki, lildi,  gözlərim...

 

Hər  gün həsrət çəkib, hər  an  sıxılan
Araza   boylanıb , Kürə  sığınan...
Hətta  ruhuna  da  yollar  tıxanan -
Əbülfət demədi, Nildi,  gözlərim!