“İrana anlatdılar ki, daha proksilərlə bizə zəmin yaratmağa ehtiyac qalmayıb...”
“Qərb, ABŞ başçılığında İran müharibəsi ilə İslam dünyasının nəbzini yoxladı. İran, Əfqanıstan, İraq da daxil olmaqla müsəlman ölkələrinə olan bütün təcavüzlərdə işğalçının yanında olmağına baxmayaraq müsəlman ölkələri demək olar ki, indi İranın yanında oldu”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, bu dava İranın inqilab zamanı götürdüyü öhdəliklərdən yayınma cəhdlərinə qarşı idi:
“Yenidən xatırlatdılar ki, əsas prinsipləri unutmaq olmaz. İran da buna söz verdi. İndən belə İranın problemi yalnız və yalnız yenə də müsəlman ölkələri ilk olacaq və Fələstin də daxil olmaqla Yaxın Şərq ölkələrində "Böyük İsrail" qurulmasına hazırlamış zəminin real nəticələr ortaya qoymasına maksimum dəstək verəcək. Pakistan da qarışıq İrana dəstək verən müsəlman ölkələri isə səlibçi Qərb ideoloji mərkəzlərinin əsas hədəfləri olacaq. Sınaq müharibəsinə fasilə verildi. İran bundan sonra Qərbə, xüsusən İsrailə daha böyük töhfələr verməlidir. İrana anlatdılar ki, daha proksilərlə bizə zəmin yaratmağa ehtiyac qalmayıb, daha heç bir bəhanəsiz İraqa, Livana, Yəmənə, Qəzzaya hücum edib müsəlmanları qıra bilirik, sənin proksilərinin dron atmasına lüzum yoxdur, indi başqa variantların icrasına başlamaq lazımdır. Müəyyən müddət İran buna razı olmasa da hazırda uzun həftələr davam edən gizli danışıqlar sayəsində görünür ki, razılıq əldə olundu. Nə ideologiya dəyişdi, nə siyasət dəyişdi, nə də rejim. Sadəcə yeni hədəflər müəyyən olundu”.
T.İrfanın sözlərinə görə, Çin və Rusiya ABŞ-nin siyasətindən o qədər də ciddi narahat deyillər:
“Çünki bilirlər ki, indiki mübarizədə əsl hədəf onlar deyil.Artıq Qüdsdə Məscid Əl Əqsa bağlanıb. Əfqanıstan Pakistanın üstünə qaldırılıb. Körfəz ölkələri İran raketləri ilə qorxudulub, Türkiyəyə qarşı hazırlıq gedir. Qərbin nəzərində müsəlman aləminin əsas mehvəri Türkiyədir. Yəni, belə çıxdı ki, sanki İsrail və ABŞ-nin İranda məqsədlərinə çatmasına mane olundu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Aprel 2026 11:35
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
08 Aprel 2026 11:30
“İranda da qəzəblə, nifrətlə, kinlə xalqı ram etməyin mümkün olmadığını anladılar”
08 Aprel 2026 11:24
“Bu, ikitərəfli atəşkəs olacaq” – Hərbi ekspert
08 Aprel 2026 11:11
Rəsmi Bakı: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq
08 Aprel 2026 10:59
ABŞ İranı kaputilyasiya sənədinə imza atdıra bilmədi – Politoloq
08 Aprel 2026 10:47
“Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil...”
08 Aprel 2026 09:33
XİN-dən Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı BƏYANAT
07 Aprel 2026 17:25


Bakı -°C

