“Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil...”
“İki qonşumuz – Rusiya və İranın müharibə vəziyyətində olması Cənubi Qafqaz bölgəsi, o cümlədən Azərbaycan üçün müəyyən risklər yaradıb. Halbuki, Azərbaycan yaxın və uzaq ölkələrlə münasibətərdə gərginliklərin azaldılmasının tərəfdarıdır. Misal üçün Azərbaycan - Fransa və Azərbaycan - Hindistan münasibətlərində normallaşma meylləri hiss olunur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərədə sualların sayı artmışdı:
“Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmaqdan narahat idi. Halbuki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil. Bakı və Yeni Dehli aralarındakı fikir ayrılıqları ortadan qaldırmağa həvəslidirlər”.
E.Şahinoğlu deyib ki, ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə Azərbaycan üzərindən təxliyyə ediliblər:
“Martın 30-dək İrandan 196 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub. Hindistanın Bakıdakı səfirliyi İrandan Hindistan vətəndaşlarının təxliyəsində göstərilən köməyə görə Azərbaycana təşəkkürünü bildirən açıqlama yayıb. Bu açıqlamadan bir neçə gün sonra Hindistandan rəsmi heyət Bakıya gəldi. Aprelin 3-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılbı. Eyni gündə, Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki ölkə arasında bu cür təmasların artacağını proqnozlaşdırmaq olar. Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir. Önəmli olan münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmaqdır. Misal üçün Fransa İkinci Qarabağ müharibəsində Ermənistanı dəstəklədi, Fransa rəsmiləri və deputatları Azərbaycan əleyhinə açıqlamalar verdilər. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Halbuki, buna qədər iki ölkə arasında münasibətlər normal idi. Hazırda Paris Cənubi Qafqaz siyasətini korrektə etməyə, Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan eləcə də, Hindistanla əlaqələrin əvvəlki axarına qaytarılmasında maraqlıdır. Hər iki ölkənin Qoşulmayanlar Hərəkatının üzvü olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən Azərbaycandan keçən nəqliyyat yolları Yeni Dehlinin də maraq dairəsindədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Aprel 2026 11:39
“İrana anlatdılar ki, daha proksilərlə bizə zəmin yaratmağa ehtiyac qalmayıb...”
08 Aprel 2026 11:35
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
08 Aprel 2026 11:30
“İranda da qəzəblə, nifrətlə, kinlə xalqı ram etməyin mümkün olmadığını anladılar”
08 Aprel 2026 11:24
“Bu, ikitərəfli atəşkəs olacaq” – Hərbi ekspert
08 Aprel 2026 11:11
Rəsmi Bakı: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq
08 Aprel 2026 10:59
ABŞ İranı kaputilyasiya sənədinə imza atdıra bilmədi – Politoloq
08 Aprel 2026 09:33
XİN-dən Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı BƏYANAT
07 Aprel 2026 17:25


Bakı -°C

