ƏBÜLFƏT MƏDƏTOĞLU: BƏZƏN...
elə qırılıram ki,
şüşə baxıb kövrəlir...
içindən qırılmağı -
o da məndən öyrənir...
dilimin düyünləri,
söz olub deyilmədi...
qəlb ümid geyinmədi -
ona görə göynəyir...
fərəh donur gözümdə
kül bələnir közüm də!
nə edirsə özüm də -
öz-özümə eləyir!
...bu ələkdə, xəlbirdə
Ələnməyə gəl, bir də!
Yoxdu başqa həll, bir də -
Allah bilir...neyləyir!..
Digər Xəbərlər
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59
Əbülfət Mədətoğlu: ŞƏHİD ANASININ GÖZLƏRİ
27 Sentyabr 2026 08:00
ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ
26 Sentyabr 2026 12:41


Bakı -°C

