adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Noyabr 2019 10:56
34556
ƏDƏBİYYAT

Əbədiyyət üfüqündə doğan günəş,- Nəsimi

Hər birimizə məlumdur ki, 2019-cu il Nəsimi ilielan olundu və il boyunca bu mövzu üzərində yüzlərlə elmi və bədii əsər, esse vəməqalə yazıldı."Məndə sığar iki cahan”,- bu kəlamın fəlsəfəsi kainatı bir daha fəthetdi.Müxtəlif fikirlər,düşüncələr bir-birini əvəzlədi, hətta təkziblər də oldu,razılıqlar da... Deyə bilərəm ki,xalqımızın görkəmli ziyalıları, elm adamları, yazıçıvə sairlər, rəssamlar və bəstəkarlar Nəsimi dühasına olan ehtiramını yaradıcızövqlə xarakterizə etdi.Altı yüz ildir ki, öz məsləkindən dönməyərək dara çəkilibdərisi soyulan, son nəfəsində belə öz əqidəsindən dönməyən bu mərd insanhaqqında hamı öz qələminin məhsulunu ortaya qoydu və qoymaqdadır.

Gəlin biraz da bu irsin bizimpsixologiyamızda necə vüsət alqığına nəzər salaq.İnsan olaraq hər birimiz mənəvidünyamızı humanistik dəyərlərlə bəzəyirik.Mənəviyyat bizim daxilidünyamızdır.Hamiya məlumdur ki, Nəsimi yaradıcığının əsas qayəsi, hikmət və fəlsəfədənibarətdir.Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizinözülünü qoymuş, söz sənətimizi forma və məzmunca zənginləşdirmiş, özündənsonrakı nəsillər üçün ədəbi irs qoyub getmişdir. Yaradıcılığa sevgi dolu şeirlərləbaşlayan Nəsimi sonralar dövrünün siyasi, ictimai, əxlaqi mövzularında əsərləryazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasınıqoymuşdur. Zərrədə günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən Nəsimiinsanları gözəl və çirkin olaraq ikiyə bölmür, milli ayrıseçkilik axtarmırdı.Könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan şair şеirlərindəinsana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm еtməkləinsanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf еtmişdir.Onun lirik qəhrəmanı düşünən və duyan kamilinsan idi. O insan ki, nəfs yolunu deyil, ali bir eşq yolunu tutaraqkamala çatır, haqqa qovuşur.Haqqı özündə taparaq həqiqəti, gerçəkliyi duyur.Beytdə dediyi kimi:

Bulmuşam həqqi, ənəlhəq söylərəm,

Həq mənəm, həq məndədir, həq söylərəm.

Gör bu əsrarı nə müğləq söylərəm,

Sadiqəm qövlümdə, səddəq söylərəm.

Nəsimi şair və mütəfəkkir kimi öz zamanının ənqabaqcıl, mütərəqqi simalarından idi. Onun zəngin bədii irsi də, mənalı həyatıvə faciəli aqibəti də böyük tarixi əhəmiyyətə malikdir. Nəsimi bir insanpərvərkimi, insan dostu kimi əsrlər arxasından irəliyə, gələcəyə baxırdı. Onun gözəlfikirləri, xoş arzuları, böyük sənət əsəri olan şeirləri bu gün daha yüksəkqiymətləndirilir.Nəsimi humanizminin başlıca fərqləndiricicəhətini müəyyən etmək lazım gəlsəydi, yəqin ki, bunun yüksək istedadlı, təbiətdəkiharmoniyaya və insan gözəlliyinə vurğun olan və insan mənəviyyatının tərbiyəsiprosesində onun oynaya biləcəyi müstəsna rolu qiymətləndirmək qabiliyyətinəmalik olan böyük bir şairin humanizmi olduğu fikri üzərində dayanılardı. Nəsimibir şair kimi əvəzedilməzdir. İzəddin Həsənoğlu, Qazi Bürhanəddin ilə yanaşı Nəsimi də anadilli poeziyamızınyüksək zirvəsində durur və məhz ona görəAzərbaycan ədəbiyyatının çoxəsrlik humanist ənənələrini öz əsərlərində yaşadıb,davam və inkişaf etdirib. Müasir ədəbi prosesin fəlsəfi yükü Nəsimipoeziyasından qidalanıb.

Şairin humanizminin özəlliyi onun insana böyük məhəbbətduyğuları ilə yoğrulmasıdır. Məhz bu cəhətinə görə Nəsimi özündən əvvəlki Azərbaycanpoeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlıdüşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirir. Bununla da biz sübut edirik ki, Nəsimi böyükhumanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi,Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış bir şəxsiyyətdir.Onunyaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikasışairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur.Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlərqaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətəqarşı "Ənəl-həq” deyən insanın möhtəşəm üsyanı idi.Cəmiyyətdəkamil insanlar nə qədər çox olarsa, bu, həqiqətin, azadlığın, ədalətin təntənəsinərəvac verər. Bütün bunları ümumiləşdirən Nəsimi yazırdı:

EyNəsimi, sən həqi bil, həqqə iqrar eylə kim,

Çünkiinsanü bəşərsən, həq deyən insan mənəm!

Humanist sənətkar olan Nəsimi insanlarda düzlüyü,doğruçuluğu vacib şərt sayırdı. Hər cür saxtakarlığın, süniliyin əleyhinə çıxanşair əyri dil sahiblərini, yəni könlündəki düşüncələri ilə danışığındakı sözləribir-biri ilə uyğun gəlməyən riyakarları daima tənqid edirdi.

Dilbazarçısı yalandır, varmazam bazarına,

Gerçəkolmaz əgridil, inanmazam iqrarına.

Sadiqoldur, dilini könlü ilə bireyləyə,

Əgridildən nəsnə gəlməz, durmuşam inkarına.

Nəsimi irsində milli, bəşəri və humanist ideyalarcox geniş təbliğ olunurdu.Nəsimi Azərbaycan ədəbiyyatı və ictimai fikri qarşısındakıböyük xidmətləri ilə ölməzlik qazanmış qüdrətli sənətkardır və bütün dünya bu reallığıbir daha bilməlidir k, İmadəddin Nəsimi cahana və zamana sığmayan, əbədiyaşar Azərbaycanşairidir.

Quba