adalet.az header logo
  • Bakı -°C
25 May 2026 12:15
72
SİYASƏT
A- A+

"Türkiyədə iqtisadi böhran dərinləşəcək..." 

"CHP Türkiyədə əhalinin yarıdan çoxunun dəstəyini almış bir köklü siyasi institutdur.  Son bələdiyyə seçkilərində Türkiyə əhalisinin yarıdan çoxu CHP-yə səs vermişdi. Parlamentdə Ana Muxalif bir gücə çevrilən CHP-ni növbəti seçkilərə qədər parçalamaq və sıradan çıxarmaq istəiyrlər". 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib. 

Onun sözlərinə görə, Türkiyə belə ssenarrilərlə 100 ildir ki, dəyişir: 

"Bunu da adladacaq mütləq. Lakin burada konkret yarıya bölünmüş Türkiyədən söhbət gedir. Bu günə qədər siyasi sistemdə heç vaxt seçicinin tən yarıya bölündüyü dövr olmayıb. Koalisiyalara olub, təktərəfli Ordu çevriliçləri olub və sair. 
Lakin indi Türkiyənin gəldiyi mənzərə tam olaraq ikiyə parçalanmadır. 90 milyon yarıya bğlünüb və bir birini ağır formada təhqir edir. Bir tərəfdə əlində inzibati resursları olan 23 illik iqtidar, digər tərəfdə isə qəzəbli və hüquqları uğrunda, Dünyəvi Respublika uğrunda mübarizə aparan 10 milyonlarla insandan formalaşan böyük bir Xalq var. 

Tezliklə vəziyyət stabilləşməsə ilk növbədə Türkiyədə iqtisadi böhran dərinləşəcək. 

Türkiyə Avropa və ABŞ kimi müttəfiqlərinin yanında siyasi-hüquqi etibarını bərpa etməsə iqtisadi olaraq kredit reytinqi, investitsiya reytinqi düşəcək. Hərbi sənayedə əldə edilmiş uğurları zəiflətmək üçün Türkiyəni sevməyənlər fürsət qazanacaqlar. 

Tanrı Türkiyəmizi qorusun!". 

Vasif ƏLİHÜSEYN