Marketlərdə satılan sular...
Bir çoxlarımız içməli suyu təmiz olduğu üçün market və mağazalardan alırıq. Düşünürük ki, evlərimizə gələn su o qədər də təmiz deyil.Bunu düz eləyirik.Amma gəlin onunla razılaşaq ki, bir çox hallarda marketlərdə də satılan sular ekoloji çəhətdən tamamilə təmiz deyil!
Çünki təmiz su, eləcə də " Slavyanka" adı altında satılan suların çoxu Bakıda filtrdən keçirilib təmizlənmiş sulardı. Bunu tək biz demirik və ayrı - ayrı ekspertlər, mütəxəssislər də deyir. Belə ki, uzaq məsafədən - Gədəbəydən gətirilən su çox xərc tələb edir və bu elə asanlıqla başa gəlmir.Ekspert Nadir Əhmədov bildirir ki, birmanalı demək olmaz ki, marketlərdə satılan sular ekoloji cəhətdən təmiz deyil. Ona görə ki, həmin yerlərdə kifayət qədər keyfiyyətli içməli sular satılır.
Onunla razılaşmalıyıq ki, bir çox halda dükanlarda lazımi standartlara cavab verməyən su da var. Dəfələrlə aidiyyəti qurumlar tərəfindən marketlərdə belə keyfiyyətsiz sular aşkarlanmış və satışdan çıxarılmışdı. Bu mənada Qida Qida Təhlükəsizliyi Agentliyinin üzərinə yüksək məsuliyyət düşür.Ona görə də sexlərdə və digər gizli yerlərdə qablaşdırılmış və qeyri- qanuni yerdə hazırlanmış suların market və mağazalara gətirilib satılmasının qarşisı alınmalıdır. Onu da qeyd edək ki, filtrdən keçirilib təmizlənmiş sular, bizim evimizə gələn sudan qat- qat təmizdir. Yəni belə suları içmək olar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
13 May 2026 13:59
Bütün dünyada işıq kəsiləcək
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

