Çernobılda "mutantlar" var? - Alimlər tədqiqat apardılar
Çernobılın qadağan olunmuş zonasında heyvanlar arasında kütləvi mutasiyaların olmadığı bildirilib.
Adalet.az xəbər verir ki, bu barədə Çernobıl qoruğunun elmi şöbəsinin rəhbəri Denis Vişnevski "RBK-Ukrayna"ya açıqlama verib.
Onun sözlərinə görə, heyvanların müşahidəsi zamanı alimlər nəzərəçarpan xarici anomaliyalar aşkar etməyiblər. Vizual baxımdan zonada yaşayan canlılar digər regionlardakı növlərdən fərqlənmir.
Alim qeyd edib ki, hazırkı radiasiya səviyyəsi kütləvi mutasiyalara səbəb olacaq qədər yüksək deyil. Bundan əlavə, vəhşi təbiətdə təbii seçmə ciddi anomaliyaları olan fərdləri aradan qaldırır və onların sağ qalmasına imkan vermir.
Beləliklə, Çernobıl zonasında "mutantlar"la bağlı geniş yayılmış fikirlərin reallığı əks etdirmədiyi vurğulanıb.
Digər Xəbərlər
13 May 2026 13:59
Bütün dünyada işıq kəsiləcək
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

