“Atletiko” ona 120 milyon avro qiymət qoydu
“Atletiko” futbolçusu Xulian Alvares üçün qiymət müəyyənləşdirib.
Adalet.az xəbər verir ki, Madrid təmsilçisi “Barselona”nın ciddi maraq göstərdiyi argentinalı forvard üçün minimum 120 milyon avro tələb edəcək. Kataloniya klubu isə bu transferə cəmi 70 milyon avro ödəməyə hazırdır. Hər iki tərəflə əlaqələri olan vasitəçilər mümkün razılaşma üzərində işləyirlər.
Daha əvvəl bildirilmişdi ki, Xulian Alvares bu yay “Barselona”ya keçmək istədiyini “Atletiko” rəhbərliyinə çatdırıb.
Qeyd edək ki, hücumçu cari mövsümdə bütün turnirlərdə 47 oyuna çıxaraq 19 qol vurub və 9 məhsuldar ötürmə verib.


Bakı -°C

