Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BƏƏ arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub.
Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədən bərpa olunan enerji), nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
C. Bayramov Azərbaycanın əlverişli investisiya mühiti və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib, BƏƏ şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Digər Xəbərlər
28 Aprel 2026 19:46
Radikal dindarlıq və modern müharibələr... - Səxavət Məmməd yazır
28 Aprel 2026 17:49
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi
28 Aprel 2026 17:22
İlham Əliyev "Mədəniyyət haqqında" qanuna dəyişikliyi imzaladı
28 Aprel 2026 17:13


Bakı -°C

