Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Bakı şəhərinin premium həyat tərzi məkanlarından biri olan Dreamland-də türk mətbəxinin tanınmış brendlərindən Kaşıbeyaz fəaliyyətə başlayır. Türkiyədə uzun illərə dayanan kulinariya irsini və qonaqpərvərlik ənənəsini özündə birləşdirən Kaşıbeyaz, Bakıda həm dad, həm də konsept baxımından fərqli bir restoran təcrübəsi təqdim etməyi hədəfləyir. Brendin şəhərə gəlişi, paytaxtın restoran və həyat tərzi səhnəsində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Kaşıbeyaz Dreamland Baku menyusu şeflərin ustalıqla hazırladığı seçilmiş türk təamları ilə formalaşdırılıb. Ət yeməkləri və kabab növlərindən tutmuş, ənənəvi məzələrə və məşhur şirniyyatlara qədər geniş çeşid qonaqlara təqdim olunur. Hər bir təam keyfiyyətli inqrediyentlər və klassik reseptlər əsasında hazırlanaraq, müasir təqdimatla servis edilir. Məkanın interyeri isə, zövqlü detalları, geniş və işıqlı sahəsi, eləcə də rahat atmosferi ilə seçilərək həm gündəlik ziyarətlər, həm də xüsusi görüşlər üçün uyğun mühit yaradır.
Restoranın rəsmi açılışı 19 aprel tarixində keçirilib. Açılış çərçivəsində media nümayəndələri, seçilmiş qonaqlar və influencerlər üçün xüsusi proqram təşkil olunub. Tədbir zamanı Kaşıbeyaz-ın konsepti, kulinariya yanaşması və təqdim etdiyi təcrübə qonaqlara təqdim edilib. Kaşıbeyaz Dreamland Baku hər kəsi əsl türk mətbəxinin dadını kəşf etməyə və yeni bir qastronomik ünvanla tanış olmağa dəvət edir.
Ünvan: Dreamland Baku
Əlaqə telefonu: +994 998 99 19 19
İnstagram: https://www.instagram.com/kasibeyaz.baku/
Digər Xəbərlər
06 Noyabr 2026 09:33
Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
05 Noyabr 2026 13:40
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir - FOTOLAR
05 Noyabr 2026 07:38
Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
04 Noyabr 2026 10:50
“Çox vaxt insanları anlamaq üçün deyil...”
04 Noyabr 2026 07:28
Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
03 Noyabr 2026 13:20
Nəsli kəsilmiş Turan pələngi təbiətə qayıdır - VİDEO
03 Noyabr 2026 07:24
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
03 Noyabr 2026 07:03


Bakı -°C

