adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 12:12
62
MARAQLI
A- A+

Heyvanın gözü doyur, amma insanın gözləri doymur...

 Allah  Yer üzünü yaratdı və insanların yaşaması  hər cür şərait bəxş etdi. Üstəlik də digər canlılardan fərqli olaraq onlara şüur, ağıl da verdi.

Yəni Allah-təala insanların yaxşı yaşaması üçün heç bir nemətin əsirgəmədi! Nə gözəl! Amma insanlar bir qədər elmi- texniki tərəqqiyə yiyələnən kimi Allah asi oldular. Güclülər zəifləri öldurməyə  başladı! Müharibələr... insan ölümləri... evlərin eşiklərin dağılması... Bir sözlə, insanlar Allahın yaratdığı Yer  üzünü viran qoydular...  

Beləcə Allah-təala indi də insanları bəd əməllərinə görə, cəzalandırır! Nə isə... Meşənin şahı olan aslanlar, eləcə də pələnglər, bəbirlər, canavarlar ən yaxşı halda bir ceyran, maral, cüyür ovlayar və hamısı sürü halında  onu yeyərlər. Yanlarındakı  isə  digər heyvan sürüsünə başını qaldırıb, baxmır! Yəni onların gözü insanların gözü kimi ac deyir.

Daha doğrusu, onların gözü doyur.Amma insanın milyonları olur, yüz yerdə evi olur,  yüz masını olur,  yenə gözlərə  doymur! Ona görə də , belə insanları Allah- təla  bağışlamır.İnsanlıq cildindən çıxanları heç kasıblar da  bağışlamır!!!

Emil FAİQOĞLU