adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 10:12
79
SİYASƏT
A- A+

“Siyasi dələduz Stiv Uitkoff danışıqlar prosesindən tamamilə uzaqlaşdırılmalıdır”

“Donald Trampın Ukraynanı təslimçiliyə aparan 28 bəndlik əcaib  “Sülh planı”nın iflasa uğraması yaxşı hadisədir. Daha bir yaxşı məqam ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun ifşa olunmasıdır. Onun Vladimir Putinin köməkçisi Yuri Uşakovla apardığı söhbət qətiyyən diplomatiya deyil, əsl siyasi riyakarlıqdır”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

Onun sözlərinə görə, hazırda hamı baş sındırır ki, bu iki köməkçi arasında gedən gizli danışığın səs yazısını mətbuata kim ötürüb:

“ABŞ, Britaniya və Almaniya kəşfiyyatının adları çəkilir. Amma bunu kimin etməsi məsələnin mahiyyətini qəti dəyişmir. İndi əsas məsələ Ağ Evin Ukrayna siyasətinin dəyişməsidir.  Bunun üçün də ilk növbədə ABŞ senatorlarının “Kremlin agenti” adlandırdığı siyasi dələduz Stiv Uitkoff danışıqlar prosesindən tamamilə uzaqlaşdırılmalıdır. Amma Tramp bunu edəcəkmi?”.

Vasif ƏLİHÜSEYN