adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 11:06
79
GÜNDƏM
A- A+

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabr 28-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Adalet.az-a ADY-dən məlumat verilib.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Bakıdan Ağstafaya isə saat 17:20-də yola düşəcək. Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.