adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2025 12:00
63
MƏMLƏKƏT
A- A+

Balıq da bahalaşdı...

Ölkəmizdə iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması əvvəlcə quş ətinin, daha sonra isə balığın qiymətinin qalxmasına səbəb olub.Bunu da onunla izah edirlər ki, əksər insanlar heyvan əti almaqdan ehtiyat edib , quş və balıq alır.

Baş çəkdiyimiz bir neçə bazarda bu bahalaşmanın şahidi öldür.Məsələn, 8 Kilometr bazarında 15 gün bundan əvvəl satılan sazan, farer, kütüm, dudak, nərə , qızıl balığın qiymətində 3-4 manat artım vardı. Alıcılar deyirdilər ki, bəzi hallarda qiymət artımına sui- istifadə edərək buna yol verirlər.

Onlar bilirlər ki, insanların çıxış yolu yoxdu, mütləq  balıq alacaqlar, ona görə də, qiymətləri qaldırırlar. Satıcılar isə başq  fikir söyləyirlər.Onlar deyirlər ki, bizə hansı qiymətə balıq gəlirsə, biz də onun üstünə bir manat pul qoyuruq.

Əgər bu balıqları topdan satışdan baha qiymətə alırıqsa, tay günah bizdə deyil və o məhsulu bizə baha qiymətə satankardadır! Göründüyü kimi, bahalaşmanı hər bir - birinin üstünə atır. Amma hadisələr və faktlar göstərir ki, balığın qiyməti bahalaşıb.Biz burada günahkar axtarmaq fikrində deyilik.Ancaq  balığın satışında birmənalı olaraq sui qiyy artımına yol verilir!!!

Emil Faiqoğlu