Məktəb, zavod deyil,cənablar!
Son bir həftədə Azərbaycan mediasında bir fikir səslənir ki, müəllimlər dərs saatı hesabına deyil, səhər saat 9 - dan 18- ə kimi işləməklə əməkhaqqı alacaqlar. Yəni 8 saat məktəbdə olacaqlar.
Hətta " Təhsil haqqında" Qanuna da bu fikirlər əlavə olunacaq! Ona görə də səslənən ideyaya cəmiyyətdə münasibət birmənalı deyil. Bir çox təhsil ekspertləri bu fikirlə razılaşmır, onun təhsilimizə çox böyük ziyanı olacağını bildirirlər! Cənablar, məktəb zavod deyil, fabrik deyil, ya da konveyr üsulu hansısa məhsul istehsal eləmir ki, kimsə , o qurğunun arxasında durub , nəyə isə nəzarət eləsin! Məktəb uşaqlara elm, bilik verir, tərbiyə öyrədir! Və əgər doğrudan da, təhsildə islahat aparmaq istəyirsinizsə, şagirdlərin belini əyən, onları şikəst edən ağır çantaların ıcərisindəki lazımsız dərsliklərdən və vəsaitlərdən xilas edən.
Ununtmayın ki, o yeniyetmələr əsgər olacaq və belələri əyilmiş gəncləri yarasız olduğuna görə, əsgərliyə aparmırlar. Bunun barəsində düşünmək lazımdır ey! Kadr dəyişikliyi islahat deyil. İslahat odur ki, inasanların və cəmiyyətin tanıdığı ədalətli, savadlı və vətənpərvər müəllimlər vəzifəyə təyin edilir. Varmı belə bir iş??? Əlbəttə, yoxdu. Direktorların təyinatda ədalətsizlik mövcuddur. Və bir də direktoru təyin etməzlər, seçərlər. İndi təyin olunmuş direktorların əksəriyyətindən pedaqoji kollektivlər narazıdır. Çünki onların bir çoxu məktəbə elm və təhsil yeri kimi deyil, biznes mərkəzi kimi baxırlar. Bundan isə namuslu, savadlı və ədalətli müəllimlər əziyyət çəkirlər. Məktəblərdə , xüsusilə də Bakı məktəblərinin bir çoxunda rüsvət tüğyan edir. Ən azı həftədə bir dəfə sosial şəbəkələrdə pul alan məktəb direktorunun səs yazısı yayılır.
Bax , bunlar , biabırçılıqdı. Müəllimin heç bir günahı yoxdu və adi müəllimlər hər cür mükafata və sevgiyə layiqdirlər.Azəzbaycan müəllimlərininnə qədər sınağa çəkmək olar. Diaqnostika qiymətləndirmə... sertifikasiya... müsahibələr... Və beş ildən bir yenidən sertifikasiya... Bunlar hamısı müəllimlərin əsəblərin korlayır... Və onlar stressdən, həyəcandan müxtəlif xəstəliklərə tutulurlar...
Müəəlimə beş - on manat pul verirlər, onu da burunlarından tökürlər. Əgər təhsildə islahat etmək istəyirlərsə, müəllimin nüfuzuna xələl gətirmədən bunu etmək lazımdır. Yoxsa 8 saat müəllimi məktəbdə saxlamaqla heç də yaxşi nəyəsə nail olmaq mümkün olmayacaq. Əksinə , bir çox müəllimlər könüllü bu peşədən uzaqlaşacaq! Cənablar, bəlkə bunu istəyirsiniz???
Emil Faiqoğlu
Digər Xəbərlər
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57
İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb
13 Mart 2026 11:12
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
12 Mart 2026 19:48
Polis həmişə olduğu kimi dövləti və xalqı qoruyur...
12 Mart 2026 13:31


Bakı -°C

