“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi - FOTOLAR
“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygöl rayonunda mütaliə imkanlarının genişləndirilməsi məqsədilə müasir formatda interaktiv kitab köşkü quraşdırılıb.
Göygöl şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılan yeni kitab köşkü sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı yaradır.
Layihənin əsas üstünlüklərindən biri mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat mexanizmidir. Belə ki, istifadəçi köşkdə yerləşdirilmiş QR kodu smartfonla oxudaraq, elektron qeydiyyatdan keçir və daha sonra geniş seçim imkanı yaradan siyahıdan istədiyi kitabı əldə edə bilir.
Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etmək üçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitab götürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir və oxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahiş olunur. Bundan əlavə, elektron sistem ən çox kitab mütaliə etmiş oxucunu və kitabları vaxtında geri qaytaran istifadəçiləri müəyyənləşdirərək onların reytinqini formalaşdırır.
Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, daha çox insanın onlardan yararlanmasına şərait yaradır, həmçinin real vaxt rejimində oxucu statistikasının təhlilinə imkan verir. Rüb ərzində ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.
Kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcə də biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çap edilmiş 400-dək yeni kitab təqdim olunur.
“AzerGold” QSC bu layihə ilə icmaların intellektual inkişafına töhfə verməyi, xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyi hədəfləyir. Xatırladaq ki, analoji təşəbbüsün ilk nümunəsi ötən il Daşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılıb. “Kitab köşkü” layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilən bölgələrdə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamıdır.
Digər Xəbərlər
08 Dekabr 2025 10:59
Naxçıvanda uşaq oğruları peyda olub? - RƏSMİ
08 Dekabr 2025 09:27
Bu rayonlara qar yağır - Faktiki hava
08 Dekabr 2025 09:02
Yağışa görə Bakının bu yollarında sıxlıq var
06 Dekabr 2025 21:00
“VEST PARK” MMC Bakıda tarixi binanı zədələdi
06 Dekabr 2025 16:35
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
06 Dekabr 2025 12:11
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
06 Dekabr 2025 10:48
Sumqayıtda sexin fəaliyyəti dayandırıldı - VİDEO
06 Dekabr 2025 09:37


Bakı -°C

