Əhalinin banklarda nə qədər əmanəti var? - AMB sədri açıqladı
"Cari ilin 10 ayında bank sektorunun kredit portfeli 7% artaraq 29,4 milyard manata çatıb. Problemli kreditlərin ümumi portfeldə payı 2,7% təşkil edib. Bu da kredit portfelinin keyfiyyətinin yüksək olduğunu göstərir. Kredit portfelində biznes kreditlərinin payı 53% olaraq qalır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədrinin sözlərinə görə, 10 ayın nəticələrinə görə bank sektorunun 20,8 milyard manat kreditləşdirmə potensialı var ki, bu da real sektorun maliyyə resurslarına çıxış imkanlarının geniş olduğunu göstərir.
"Cari ilin 10 ayında bank sektorunun cəmi öhdəlikləri 10 ayda 6% artaraq 49,2 milyard manata çatıb, əmanətlər bu məbləğin 73,3%-ni təşkil edib. Əhalinin əmanətləri 15,5 milyard manat olub, bu da 8,7% artıma bərabərdir. O cümlədən müddətli əmanətlərdə 15%-lik artım müşahidə olunub. Son 3 ildə əhalinin müddətli əmanətləri orta hesabla hər il 22% artıb. Bu, həm əhalinin sosial rifah səviyyəsinin yaxşılaşdığını, həm də bank sisteminə olan inamın yüksək olduğunu göstərir”.
T.Kazımov qeyd edib ki, Azərbaycan iqtisaidyyatı sabit və dayanıqlı inkişaf etməkdə davam edir: "Yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib. Ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayı ərzində 16,2 faiz artaraq 82,5 milyard ABŞ dollarına çatıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edir. Cari ilin oktyabr ayında 12 aylıq inflyasiya 5,9 faiz təşkil edib, ərzaq inflyasiyası 8,2%, qeyri-ərzaq qiymətləri 2,5 faiz artıb. İllik baza inflyasya 5% olub".
Digər Xəbərlər
08 Dekabr 2025 17:04
AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edildi
08 Dekabr 2025 16:54
Bu Şuraya yeni üzvlər təyin edildi
08 Dekabr 2025 15:21
Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq
08 Dekabr 2025 12:17
Azərbaycanda bu şəxslərə 8 min manatlıq müavinət veriləcək
08 Dekabr 2025 11:39
11 ayda icmal və dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Dekabr 2025 11:36
Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
08 Dekabr 2025 10:57
“Bu mexanizmdə kiçik düzəlişlər etməklə işçilərin gəlir itkisi aradan qalxar...”
08 Dekabr 2025 10:17


Bakı -°C

