Bizi niyə aldadırlar?
Qiymətləri qaldıraranda camaata yüz cür vəd verirlər. Deyirlər ki, qiymətlər qalxanda xidmətində keyfiyyətə yüksəkcək. Elə ki, qiymətlər qalxır, hər şey tərsinə baş verir. Yəni xidmətlər yaxşılaşmaq əvəzinə , bir qədər də pisləşir! İstiliyin qiymətinin də Nazirlər Kabineti 15 qəpikdən əvvəl 30 qəpiyə, bir neçə aydan sonra isə 45 qəpiyə qaldırdı.
Bundan millət yox, " Azəristiliktəchizat" qazandı. Düzdür, millət də əvvəl- əvvəl sevindi ki, qış aylarında qiymət artımından sonra evləri yaxşı qızdırılacaq! Təəssüf ki, belə olmadı. Bu gün noyabrın 18-dir hələ də Bakıda əksər binalara istilik verilməyib. Verilən istiliklə isə mənzilllər qızmır. Və insanlar məcbur olub, elektrik sobalarında istifadə edirlər. Belə xoşbəxtlikdən havalar bir o qədər də soyuq keçmir.
Əgər soyuq keçsə, onda görün elektrik sobalarının işləməsinə görə , insanlar nə qədər işıqpulu ödəyər . İstilik verilən bəzi binalarda xətlər köhnə olduğu üçün tez - tez sıradan çıxır. İstiliyin əməkdaşları bir yeri təmir edirlər, sonra başqa bir xəttə qəza olur. Hsnsı ki, təmir işləri yay və payız fəsillərində aparılmalıdır.Dövlət bu işlərə nə qədər vəsait ayrıb.
Məlum qurumdan da bildirirlər ki, biz işimizin öhdəsindən layiqincə gəlirik. Hər harda görünən odur ki, " Azəristiliktəchizat" bir müddətdən sonra vermədiyi istiliyində pulunu camaatda alacaq! Əgər kiminsə , mənzilinə keyfiyyətli istilik , eləcə də heç istilik verilmirsə, abonent o pulu niyə ödəməlidir??? Qoy, bu barədə məlum qurum ciddi düşünsün !!!
Emil Faiqoğlu
Digər Xəbərlər
18 Noyabr 2025 12:46
"Böyük qayıdış": Horovluya köç - YENİLƏNİB
18 Noyabr 2025 12:01
“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi - FOTOLAR
18 Noyabr 2025 10:14
Dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləmə işlərinə başlanılıb
17 Noyabr 2025 12:48


Bakı -°C

