DYP sürücülərə müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bugündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışların leysan xarakterli və intensiv olacağı gözlənilir.
Bununla əlaqədar BDYPİ müraciət yayımlayıb.
Müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq, nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Qeyd olunur ki, yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinilməli, avtomobilin işıq cihazlarından düzgün istifadə edilməlidir.
Eyni zamanda, piyadalardan da yollarda xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağışlı havada görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin dayanma məsafəsinin artmasına səbəb ola bilər. Bu səbəbdən piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, yolun hərəkət hissəsinə qəfil çıxmamalı və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməməlidirlər.
"Bir daha yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırırıq", - deyə müraciətdə vurğulanıb.
Digər Xəbərlər
11 Avqust 2026 10:38
Bakıda radarlarla bağlı yenilik: Sürücülərə xəbərdarlıq
11 Avqust 2026 09:20
5 rayon və Bakının iki rayonunda işıq kəsiləcək
10 Avqust 2026 16:24
Bu gün təyin olunan səfirlər kimdir? - Dosye
10 Avqust 2026 15:38
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
10 Avqust 2026 14:30
Strateji obyektlərin kibertəhlükəsizliyi ilə bağlı qaydalar hazırlanacaq
10 Avqust 2026 13:17
Azad edilmiş ərazilərdə 107 mina aşkarlandı
10 Avqust 2026 12:14
Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
10 Avqust 2026 11:07


Bakı -°C

