26 Avqust 2025 10:07
112
MƏMLƏKƏT

DYP azyaşlıların moped və motosiklet idarə etməsi ilə bağlı xəbərdarlıq etdi - VİDEO

Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər. Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bu barədə Adalet.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunmalıdır ki, son zamanlar azyaşlı uşaqların moped və motosikletləri əyləncə məqsədilə ümumi istifadədə olan yollarda idarə etməsi hallarına rast gəlinir. Bu, həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də onların sağlamlığı və həyatının birbaşa təhlükə altına düşməsi deməkdir. Unudulmamalıdır ki, nəqliyyat vasitəsini idarə etmək xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir və uşaqların belə hərəkətlərə yol verməsi qanunla qadağandır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə müraciət edərək övladlarının bu kimi təhlükəli hərəkətlərinə laqeyd qalmamağa, onlara ciddi nəzarət etməyə çağırır.