25 Avqust 2025 10:55
135
MƏMLƏKƏT

Bakıda avtobusda əlbəyaxa dava - VİDEO

Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında insident yaşanıb.

Adalet.az Publika.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 20:00 radələrində baş verib.

Tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Mübahisəyə səbəb sərnişinin kartı oxutmadan əyləşməsi olub. Sürücünün bununla bağlı xəbərdalığına sərnişin aqressiv rekasiya verib.

Daha sonra onlar bir-birinə yumruq atıblar. Məsələyə polis müdaxilə edib.
Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.