adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Avqust 2018 11:00
20289
MARAQLI

Dünyanın qadağan olunmuş bölgələri

Adalet.az saytı sizə dünyanın qadağan olunmuş bölgələri haqqında toplanan məlumatları təqdim edir. 






Svalbard Toxum anbarı - Norveç

Əgər böyük bir təbii fəlakət nəticəsindədünya bütünlüklə dəyişməyə məruz qalarsa adamların sayı azalar, qida mənbələridağılar. Həyatda qalan az sayda insan da hər şeyi yenidən qurmaq məcburiyyətindəqalar. Hollivud filmlərinin ssenarisinə bənzər tək bir yer var, o da NorveçdəkiSvalbard Toxum anbarıdır.




Bura Norveçin Arktik Svalbard qrup adalarından biri olan Spitsberqenadasındakı 120 metr dərinlikdə anbardır. Şimal Qütbünə 1300 km məsafədəki toxumanbarı dünyanın ən yaxşı qorunan yerlərindən biridir.

2008-in fevralında açılan anbarda dünyanın hərbölgəsindən 250 milyon toxum var. Bunlar rütubətdə də, isti çox olanda datoxumu qoruya biləcək şəkildə dörd qat paketlənmiş halda saxlanılır.




Bu anbar üçün Spitsberqen adasının seçilmə səbəbiqorumağı asanlaşdıracaq donmuç torpaqlarının olması və dəniz səviyyəsindən 130metr yüksəkdə olmasıdır. Buradakı toxumların yüzlərlə hətta minlərlə il qorunabiləcəyi deyilir. Amma xüsusi araşdırma, ya da bitki yetişdirməklə məşğuldeyilsinizsə anbara girməyiniz qadağandır.

Niihau adası – Havay adaları

Niihau Havay adalarının ən kiçik adasıdır. Palmaları, nəsli tükənməkdə olanheyvanları və turistlərin gəlməməyi ilə seçilən tətil yeri kimi görünə bilər.Amma 180 kvadrat km böyüklüyündəki bu adaya insanları gəlməyi qadağandır.

Havay Kralı Kamehameha 1863-də plantasiya sahibi olan varlı Robinsonailəsinə adanı satıb. 1915-ci ilə kimi ada xaricilərin üzünə bağlı qalıb. Adadanə yol, telefon, kanalizasiya, bulaq, nə də bir dükan var. Nəqliyyat kimi at vəvelisopedlərdən, elektrik enerjisi kimi günəş enerjisindən istifadə olunur.Ərzaqlar isə başqa adalardan gətirilir. Uşaqlar hər həftə təhsil almaq üçünKauai adasına gedir.




Fəqət bu kiçik ada tarixdə vacib bir rol oynayıb.İkinci dünya müharibəsi ərəfəsində Yapon qırıcıları ABŞ-ın Havay adalarındakıPearl Harbour limanını bombalayarkən bir Yapon pilot adaya düşüb və yerliləribir həftə boyunca terrordan qoruyub. 1944-də ABŞ prezidenti Franklin RozeveltNiihau adasını Birləşmiş Millətlər birliyinin mərkəzi olmağa namizəd yerlərsırasında dəyərləndirmişdi.

Bugün ada sakinləri tərəfindən dəvət edilmədiyi təqdirdə qıraqdan kiminsəadaya girməsinə icazə verilmir. Amma buna rəğmən adanın səmasında helicopter turuya da gəmi turları yoluyla uzaqdan da olsa ada haqqında bir təsəvvürə malikolmaq mümkündür.


Dilimizə çevirən Emin Akif