adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 May 2019 13:03
34366
İDMAN

DÜNYANIN ƏN UNİVERSAL FUTBOLÇUSU

ÇoxlarıAlfredo di Stefanonu dünya futbolunun əndahi oyunçusu hesab edir. Lakin Pelenin pərəstişkarları bu sözləri küfrsayırlar. 50-60-cı illərdə Avropa stadionlarında di Stefanonun məftunedici oyu­nununşahidi olan milyonlarla futbol həvəskarı həqiqətən onun dahi futbolçu olmasıilə razılaşırlar. Təkcə ona görə yox ki, di Stefano həmi­şə yüksək səviyyəlioyun nümayiş etdirirdi. O, Madridin "Real” klubu­nu beş dəfə Avropa ÇempionlarKubokunun qalibi etməklə bərabər, həm də beynəlxalq futbolun möhtəşəmilhamvericisi olub.

Başqalarındanfərqli olaraq di Stefano qarşıya qoyulan məqsədə çatmaq üçün daim bacarıqlafərdi ustalığını kollektiv oyunun təşkili ilə birləşdirərək çox dəqiq vəeffektli nəticə əldə edirdi.

Alfredo di Stefanonun ümumdünyafutbolunun korifeylərindən biri sayılmasıheç kimdə şübhə doğura bilməz. İspaniyada nəşr olunan və idman ulduzlarıhaqqında material­lar çap edən "AC” jurnalı onu "elinkomporable” (müqayisəolunmaz)adlandırmışdı. Bir vaxtlar İs­paniya və Argentinada gənc futbol ulduzuparlamağa başlayanda onun haqqında belə deyirdilər: "Bu fut­bolçu ikinci di Stefano olacaq”.

Tərcümeyi - halı və göstərdiyi nəticələr

Alfredo di Stefano 1926-cı il iyulun 4-də Buenos - Ayresin ya­xınlığındayoxsul ailələrin yaşadığı əyalət şəhərciyi Barrakasda doğu­lub. Həvəskar futbolçu olan atası bu oyuna qazancmənbəyi yox, əy­ləncə kimi baxırdı. Elə ona görə də oğulları Alfredo və Tulioyerli klubların yeniyetmə komandaların­da futbolçu koryeralarına başlayan­da o, öz narazılığını bildirmişdi. Bunabaxmayaraq. 1944-cü il av­qustun 18-də Alfredo "River Pleytin” sağ kənarhücumçusu yerində debüt matçını keçirəndə atası daha heç nə deyə bilmədi.

Arayış: Di Stefanonun oynadığı klublar - "River Pleyt” (Argentina) - 1943-45və 1947-49 illər, "Urakan” - 1946 il, "Millionares” (Kolumbi­ya) - 1950-52illər, "Real” (İspani­ya) - 1953-63 illər, "Espanyol" (İs­paniya) -1964-65 illər. Argentina yığmasında - 5, İspaniya yığmasın­da - 31 görüşkeçirib. Yaşıl meydan­da çıxış etdiyi illər ərzində 1126 matçda 819 qol vurub.

1947-ciildə Argentina millisi­nin heyətində Cənubi Amerika çempionu olub. Madridin"Real” klubunun tərkibində beş dəfə Av­ropa Çempionlar kubokuna və bir dəfəQitələrarası Kuboka sahib çı­xıb. 1957 və 1959-cu illərdə "Frans-futbol”həftəliyinin "Qızıl top” mükafatını alıb. Alfredo di Stefano 1963-cü iloktyabrın 23-də Londonun "Uembli” stadionunda "Əsrin matçı”nın iştrakçısı vədün­ya yığma komandasının kapitanı olub. O, XX əsrin rəmzi seçmə ko­mandasına daxiledilib.

DiStefanolar milliyətcə italyan olublar

Milliyətcəitalyan olan Alfredonun babası XX əsrin əvvəlində Kapri adasından Argentinayaköçüb və orada məskunlaşıb. Ancaq Alfredo özünü argentinalı sayır.

Birneçə il "River Pleyt”in hə­vəskarlar komandasında oynayan Alfredonun atasıarzularının reallaş­masını iki oğlunun peşəkar futbol­çu karyerası iləbağlayırdı. Ailənin istəklisi sayılan Alfredo özündən bir yaş kiçik olanqardaşı Tuliodan və yoldaşlarından fərqli olaraq fut­bol oynamağa çox da can atmırdı.Bir dəfə yeniyetmə komandalar ara­sında keçirilən yarış zamanı "Los Kardales”komandasının bir futbol­çusu oyuna gəlməmişdi. Uşaqlar qərara gəldilər ki,Alfredonu mey­dana dəvət etsinlər. Lakin aradan çıxmağa çalışan balacaAlfredonun cəhdi baş tutmadı. Özünün ilk oyu­nunda sağ kənar hücumçusu yerin­dəçıxış edən di Stefano 20 dəqiqə ərzində üç qolun müəllifi oldu. Kim bilir,bəlkə elə vurulan qolların se­vincli anları onu həmişəlik olaraq futbolabağladı? Gənc Alfredo öz yaşıdlarından texnika cəhətdən bir az zəif görünsə də,çoxgedişli kombinasiyaların uğurla nəticələnmə­sində onlardan daha fərasətliidi. Məhz bu keyfiyyətlərinə görə o, 1943-cü ildə dördüncü divizionda çıxışedən "River Pleyt” klubuna dəvət olundu.

Argentinaklubunun Braziliya səfəri

1946-cıildə klub rəhbərliyi pe­şəkar karyerasına başlamamış di Stefanonu "Urakan”klubuna icarə­yə verdi. Bir ildən sonra isə gənc istedadlara ehtiyacı olan"River Pleyt” geniş reklam olunmuş Brazi­liya səfərinə hazırlaşırdı. Bu məq­sədləməşqçilər yenidən Alfredonu öz heyətlərinə çağırdılar. İlk bey­nəlxalq oyunlargöstərdi ki, "River Pleyt”in futbolçuları braziliyalılar səviyyəsində texnikanümayiş et­dirsələr də, kollektiv oyunun təşki­lində və taktiki oyun anlamındarəqiblərinə uduzurlar. Buna görə də argentinalılaröz hücum xəttində yenidənqurma işləri aparmağa məcbur oldular. Tezlikləməşqçilər di Stefanonu mərkəz hücumçu ye­rindən komandanın yarımmüdafiə xəttinəkeçirərək, dispetçerlik vəzi­fəsini yerinə yetirməyi ona tapşır­dılar. Meydanınmərkəzində oyna­mağı çoxdan arzulayan Alfredo di Stefano hücumlarınkonstruktoru olmaq bacarığını məharətlə icra et­məklə yanaşı, həm də əslqoleodor olduğunu göstərdi. 1947-ci ilin ölkə çempionatını "River” görünməmişrekord nəticə ilə başa vurdu. Möv­süm ərzində vurulan 90 topun 27-si Alfredonunpayına düşmüşdü. Hə­min ili Argentina milli komandasın­da oynayan di StefanoEkvadorda keçirilən Cənubi Amerika birincili­yinin qalibi oldu.

1949-cu ildə Argentinanın pe­şəkar futbolçuları tətil elan etdiklə­riüçün klub rəhbərləri onları gənc həvəskarlarla əvəz etdilər. İşsiz qalmışpeşəkarları isə Kolumbiya klublarına icarəyə verdilər. Bu ha­disə ilə əlaqədardi Stefano 1950- 52-ci illərdə məşhur "Millionares” klubunun şərəfini qorudu.

İspaniyaya səfər uğurların başlanğıcıoldu

1953-cü ildə "Millionares” so­nuncudəfə Avropada səfər matçları keçirərkən İspaniyadaMadridin "Real” klubu 50 illik yubileyi ilə əlaqədar turnir təşkil etmişdi. Hə­minturnirdə di Stefanonun oyununu görən "Real”ın prezidenti don Santyaqo BemabeuAlfredonu klubuna almaq üçün bütün imkanlarını işə sa­lır: "Necə olursa olsunbu fiıtbolçu mütləq "Real”da oynamalıdır”. Alf­redonun taleyi beləcə həllolundu. Avropa futbolunda oynamaq istəyən argentinalı ulduz bu sövdələşməyəetiraz etmədi. Üstəlik o, İspaniya vətəndaşlığını qəbul etdi.

"Real” klubunda oynadığı illər di Stefanonun peşəkar futbolçu kar­yerasınınən parlaq və maraqlı səhi­fələridir. Tezliklə Kral klubunun kapitanı seçilənAlfredonun göstər­diyi nəticələrə bir çox ulduzlar hə­səd apara bilərdi. İlkiki mövsümü di Stefano "Real”ın heyətində ölkə çempionu, beş mövsüm ardıcıl olaraq isə Avropa çempionlarkuboku­nun sahibi olub. Qitə Kuboku turni­rində Alfredo, demək olar, hər matçdaqol vururdu və bu sahədə o, rekord nəticə (49 top) göstərə bil­mişdi. Ümumihesabda isə di Stefano "Real”ın heyətində çıxış etdiyi 510 matçda rəqibqapılarına 418 top vurmuşdu. Qeyd etmək lazımdır ki, Alfredo 1960-cı ildə "Real”ınÇem­pionlar Kubokunun əfsanəvi final matçında Frankfurtun "Ayntraxt” klubununqapısından üç top keçir­mişdi. Qlazqo şəhərində keçirilən 7:3 hesabı ilənəticələnən həmin görüş futbol tarixinə ən gərgin və maraqlı oyun kimi daxilolub.

DonSantyaqo klubuna ulduz futbolçular alırdı

DonSantyaqo Bernabeu sahibi olduğu klubun uğurlarını davam etdir­mək məqsədiləböyük məbləğdə pul xərcləyərək, bir neçə futbol ul­duzunu satın almışdı.Ümumiyyətlə, "Real”ın qələbələr qazanmasın­da fransalı Kopa, braziliyalı Didi,macar Puşkaş, uruqvaylılar Mateos və Santamariya habelə yerli futbol­çulardanXento və Markitas böyük pay sahibi olmuşlar.

DiStefano "Real”ın lideri olub

DonAlfredonun taleyi elə gə­tirmişdi ki, o, dünya çempionatla­rında iştiraketməmişdi. Ancaq id­man şərhçilərinin fikrincə, "Real”ın Avropa miqyaslıyarışlarda uğurlar qazanmasının əsas səbəb­karı di Stefanonu hesab edirdilər.Onun yüksək fiziki və texniki ha­zırlığı, soyuqqanlılığı, möhkəm ira­dəsi vəböyük təcrübəsi, ən çətin anlarda düzgün qərarlar qəbul et­mək bacarığı,taktiki müdrikliyi və ən nəhayət, hücumları kulumunasiya həddinə çatdırmaqqabiliyyəti nüfuzlu mütəxəssislər tərəfindən də çox yüksək qiymətləndirilib. "Real”daAlfredo ilə birgə oyna­mış, sonra isə məşqçi olmuş Migel Munyos onun haqqındabelə demişdi: "Di Stefano meydana çıxarkən, o, istənilən mövqedə tək iki nəfəriəvəz edə bilirdi”.

Yaxşıməlumdur ki, ulduzlar həmişə ictimaiyyətin diqqət mərkə­zində olurlar. Bubaxımdan "Real”ın uzun müddət futbol "Olimpin­də” qərar tutmasına baxmayaraq,komandanın kapitanı haqqında bir çox şaiyələr və söz - söhbətlər gəzirdi.Deyirdilər ki, Alfredo çətin xasiyyətli, adamayovuşmaz, kiminləsə ünsiyyətdəolmağı sevməyən, bəzən də meydanda həddindən ar­tıq deyingən adamdır.

"Məneqoist deyiləm”

Bütündeyilənlərə cavab olaraq, di Stefano öz xa­tirələrində belə yazırdı: "Mən heç vaxt eqoist olmamı­şam,yoldaşlarımın vurduğu qol­lara öz qollarını kimi sevinmi­şəm. Həmişə topuəlverişli vəziy­yətdə olan oyundaşıma ötürmə­yə çalışmışam”. "Real”ın qazan­dığıqələbələr təkcə mənim yox, bütün komanda üzvlərinin birgə zəhməti və ustalığısayəsində əl­də olunub. Fransisko Xento, Ferents Puşkaş və Raymon Kopa ilə uzunillər dostluq əlaqələrini saxlamışam. Lakin hesab edirəm ki, hər bir komandadadispetçer­lik vəzifəsini bir futbolçu yerinə yetirməlidir. Əks balda hərə"arabanı müxtəlif istiqamətə dartacaq”.

Alfredo prezidentdən narazılıq edirdi

"Bir dədeməliyəm ki, prezi­dentimiz don Santyaqo bəzi vaxt tələsik qərarlar qəbuledirdi. O, heç kimlə məsləhətləşmədən bir - birinə oxşar futbolçuları klubuüçün almağa çalışırdı. Кора, Didi və mən, eyni vaxtda bir xətdə yarımmüdafiəçi Кора "Real”da sağ kənar hücumçusu ye­rindəçıxış etməli olurdu. Mən isə bəzən mərkəz hücumçusu yerin­də, bəzi vaxt isəDidi ilə növbələ­şərək yarımmüdafiə xəttində meydançaya çıxırdıq. Belə olan halda tezliklə əvvəlcə Кора, son­ra isəDidi "Real”a əlvida dedi. Göründüyü kimi, bu eksperi­mentlərin, müsbət nəticəsiolma­dı. Necə deyərlər, hər sürünün bir çobanı olmalıdır”.

Veteranaassistent tapdılar

Alfredodi Stefano əfsanə­vi futbolçu sayılır. 1962- ci ildə 36 yaşı olmasınabaxmayaraq, o "Realda çıxışların davam etdirirdi.Bu zaman məşqçi­lər ona köməkçiassistent tapmağı lazım bildilər. Fransadan dəvət olunmuş gənc, istedadlı vəəməksevər Lüsyen Müller təcrübəli futbol­çu ilə ümumi dil tapa bildi. Sonrakıillərdə onlar Barselonanın müxtəlif klublarında oynasalar da bir-biri ilə əlaqəsaxlayırdılar. Di Stefano hesab edir ki, veteranlar komandaya qəbul olunmuşgənc futbolçulara qayğı ilə yanaşmalı, öz bilik və ba­carığını onlara öyrətməyəçalışmalıdırlar. Komandada oyun intizamı­nı həmişə şəxsi nümunəsində gös­tərənfutbol ulduzu, eyni zamanda oyunda yaradıcı fantaziya, ekspromt və improvizəelementlərini də göstərməyin tərəfdarıdır.

Əsluniversal futbolçu

İntellektualfutbolçu sayılan Alfredo harmonik olaraq dispetçer və solist rolunu məharətləifa edir­di. Geniş diapozonda hərəkət edən Alfredonun əməksevərliyi və fizikikondisiyaları heyratamiz idi.

1980-ciillərdə İtaliya yığması­nı çalışdıran Entso Bearzot argentinalı futbol ulduzubarədə bu sözlə­ri demişdi: "Futboldaməktəb ya­ratmış olan di Stefano dahi id­mançıdır. Onun oyunu bu gün dəgənclərə nümunə olmalıdır”.

Futbolçukaryerasını "Espanyol” klubunda başa vuran Alfredo di Stefano Argentina vəİspaniya klublarında məşqçi işləyib. Sonra "Real” klubunun vitse- prezidentiolub.

Alfredo di Stefano 7 iyul2014-cü ildə 88 yaşında İspaniyanın paytaxtı Madrid şəhərində vəfat etmişdir.

Həsən TAĞIYEV