Dünyanın ən məşhur "Avara"sı
Hind
kinosunun memarı, atası sayılan rejissor, aktyor Rac Kapurun 14 dekabr doğum
günüdür. Rac Kapur 1924-cü ilin 14 dekabrında Peşavarda (Hazırda Pakistanın ərazisi)
aktyor ailəsində dünyaya gəlib. Racın atası Pritxvirac Kapur tanınmış aktyor və
rejissor, "Pritxvi tietrs” teatrının sahibi idi. Rac, qardaşları Şaşi (İllər
sonra Şaşi Kapur da məşhur aktyor olur) və Şammi ilə elə bu teatrda böyüyüblər.
Artıq altı yaşından Rac atasının teatrında aktyor kimi çıxış etməyə başlayır. 11
yaşında isə filmə çəkilir.
Müsəlman
etiqadlı olan Nərgiz (əsl adı Fatimə Rəşid) ilə Rac Kapur 1945-ci ildə Bombeydə
(indiki Mumbay) tanış olduqdan sonra hind kino sənətində xariqələr yaradırlar. "Od”
adlı ilk filmində Rac, baş rolun ifaçısı kimi də çıxış edir. 17 yaşlı Nərgiz isə
onun tərəf müqabilini canlandırırdı. Sonralar "Avara", "Cənab 420" adlı filmləri ilə təkcə Hindistan deyil, dünya kinosevərlərinin ürəyinə yol tapıblar.
Çoxları Nərgizi
Rac Kapurun həyat yoldaşı hesab etdələr də əslində, onlar yalnız sevgili
olublar. Rac Kapur 18 yaşındaykən artıq 16 yaşlı xalası ilə evlənir. (Büdpərəstlikdə
bu normal sayılırdı.) Həyat yoldaşı Krişna Kapurdan Racın iki qız, üç oğul
övladı dünyaya gəlib. 1956-cı ildə Nərgizlə Racın yolları ayrılır. Səbəb isə sadə
olur: Nərgiz anlayır ki, Rac dini adət-ənənələrə qarşı çıxıb heç vaxt onunla
evlənməyəcək.
1956-cı
ildə bütün Sovet ölkələrində, o cümlədən, ölkəmizdə populyar olan Rac Kapur
"Hind filmləri festivalı” çərçivəsinə Bakıya səfər edir. Sovetlərdə ona "Yoldaş
Avara”, Avropada "Hindistanın I Pyotru", Amerikada "Hindli Çarli Çaplin” deyirdilər.
Rac
Kapur 1988-ci ilin iyununda vəfat edib.


Bakı -°C

