Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında əlaqələrin daha da güclənməsində vacib rolu diqqətə çatdırılıb.
S. Qafarova ölkə və parlamentlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstəyinin əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
M. Talapa Parlament İttifaqı Konfransının əhəmiyyətini vurğulayıb və Azərbaycanın tədbirin təşkili ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Digər Xəbərlər
23 Iyun 2026 20:23
Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
23 Iyun 2026 19:00
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
23 Iyun 2026 18:56
Numan Kurtulmuş Azərbaycana gəldi
23 Iyun 2026 17:27
Prezident onları təltif etdi - SƏRƏNCAM
23 Iyun 2026 16:51
"Bu, Azərbaycan-Türkmənistan dostluğunun konkret ifadəsi kimi çıxış edir" - Deputat
23 Iyun 2026 16:47
Türkmənistan Mərkəzi Asiyanın və Türk dünyasının ayrılmaz hissəsidir
23 Iyun 2026 15:21
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatıb - FOTOLAR
23 Iyun 2026 12:42


Bakı -°C

