Qazaxıstan ilə Avropa İttifaqı arasında önəmli sazişlər imzalandı
Qazaxıstan və Avropa İttifaqı aviasiya, nəqliyyat infrastrukturu və mineral ehtiyatların inkişafı sahələrində bir sıra sazişlər və memorandumlar imzalayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentin mətbuat xidmətinin məlumat yayıb.
İmzalanma mərasimi Brüsseldə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Avropa Şurasının prezidenti António Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı ilə baş tutub.
Qazaxıstan hökuməti ilə Avropa İttifaqı arasında "Hava nəqliyyatının müəyyən aspektləri haqqında" saziş imzalanıb.
Bundan əlavə, "Air Astana" ASC ilə "Airbus" arasında 50-yə qədər təyyarənin təhvil verilməsi üçün təntənəli şəkildə sifariş imzalanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı intellektual nəqliyyat sistemlərinin tətbiqi və E-Zholdary rəqəmsal platformasının yaradılması üçün qrantın verilməsi barədə anlaşma memorandumu imzalayıblar.
Avropa İnvestisiya Bankı və "KazAvtoJol" SC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsi olan Qazaxıstanın bölgələrində avtomobil yollarının bərpası layihələrinin maliyyələşdirilməsinə dair memorandum da imzalanıb.
Qazaxıstan Sənaye və Tikinti Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında daha bir memorandum imzalanıb. Sənəddə Minerallar və Metallar üzrə Mükəmməllik Mərkəzinin yaradılması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasında əməkdaşlıq nəzərdə tutulub.
Digər Xəbərlər
23 Iyun 2026 20:31
“Döyüş meydanında reallıq tamamilə fərqli görünür”
23 Iyun 2026 19:32
Ərdoğan Polşa Prezidenti ilə təkbətək görüşüb
23 Iyun 2026 19:20
Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır
23 Iyun 2026 19:08
İranda üç günlük tətil elan ediləcək
23 Iyun 2026 18:43
Konqoda Ebola virusu tüğyan edir - Yoluxanların sayı 1000-i keçdi
23 Iyun 2026 18:10
Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur
23 Iyun 2026 17:56
“İran yüksəksəviyyəli beynəlxalq yoxlamalara razılıq verib”
23 Iyun 2026 16:41


Bakı -°C

