Dünyada koronavirusa yoluxanların sayı 585 milyon nəfəri ötüb
Dünyada koronavirusa yoluxanların sayı 585 143 027 nəfərə çatıb.
Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusa ümumi yoluxma statistikasına istinadən xəbər verir.
Ümumiləşmiş məlumatlara görə, indiyədək dünyada 6 424 682 insan COVID-19-dan ölüb, eyni zamanda koronavirusa yoluxmuş 555 milyon 361 787 insan sağalıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (93 319 702 yoluxma) qeydə alınıb. Birləşmiş Ştatlar dünyada ölüm sayına (1 055 975) görə də birincidir.
İyirmi milyondan çox yoluxma sayının qeydə alındığı ölkələrin siyahısında ikinci yerdə Hindistan (440 85 324), Fransa (33 960 131 ), Braziliya (33 890 428), Almaniya (31 044 554), Böyük Britaniya (23 304 479), İtaliya (21 170 600) və Cənubi Koreya (20 052 305) qərarlaşıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Digər Xəbərlər
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03
Azərbaycanda 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
05 Yanvar 2026 19:00
Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində - FOTOLAR
05 Yanvar 2026 10:07
Bayram günlərində zəhərlənmələrlə bağlı 13 müraciət daxil olub
05 Yanvar 2026 08:43


Bakı -°C

