Dövlət sektorunda çalışanların sayı azalıb, özəl sektorda çalışanların sayı isə artıb
2024-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər olmuş, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın dövlət sektorunda çalışanların sayı son bir ildə 5.5 min nəfər azalıb, qeyri-dövlət sektorunda (özəl) çalışan muzdlu işçiləri sayı isə 28.6 min nəfər artıb. Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 23.1 min nəfər artıb.
Qeyd edilib ki, muzdla işləyənlərin 18,9%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:00
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38


Bakı -°C

