adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DiQTƏ DEMOKRATiYASI

OQTAY SALAMOV
24215 | 2007-11-21 05:46
opulyar və üzdə olmağın bir çox üsullarından biri də... fit
   
    nəkarlıqdır. Özünüzü təəccüblənmiş kimi göstərməyin, adının tarixə düşməsi üçün Artemida məbədini yandırmış Herostratın vaxtından bəri çoxları adlarını gündəmə belə yollarla yazdırırlar. Amma indi daha sürüşkən yollar da meydana gəlib və indi istənilən özbaşınalığı konfet şəklində təqdim etmək üçün demokratiya adında qəşəng, parıldayan bir kağızı var. Özü də bu kağızdan istifadə edənlər onu əsaslandırmaq üçün Banqladeş qanunlarını, Kot di Vuar qanunlarını sitat gətirirlər. ATƏT-di, BMT-di, AŞ-dı, NATO-du bunlar heç, bunları bizim Konstitusiyadan yaxşı bilirlər. Ola bilsin ki, mənim bu yazımdan da "dermokratiya" iyi gəlsin, amma neynəyək, olanı budur.Mən hicab məsələsinə bir neçə dəfə münasibət bildirmişəm. Bu dəfə başqa bir aspektdən yanaşmaq qərarına gəldim. Bəli, vətəndaşın hansısa dinə etiqad göstərmək və dini ayinlərə, adətlərə riayət eləmək azadlığı var. Belə çıxır ki, o öz seçim azadlığından istifadə edə bilmədikdə hüquqları məhdudlaşdırılmış, hətta pozulmuş olur. Belədə onun səsi az qala Avropa Məhkəməsindən gəlir. İndi də gəlin medalın o biri üzünə baxaq: Məktəbin, müəssisənin, təşkilatın da öz daxili qaydaları və ümumi qəbul olunmuş normalar var. Bu qayda və normalar ayrı-ayrı vətəndaşlar üçün deyil, hamı üçündür və buna əməl etməyənin bu müəssisədə, təşkilatda, məktəbdə işi olmamalıdır. Rusların məşhur bir məsəlini tərcümə edəndə belə alınır: "Özgə (başqa) məbədə öz nizamnamənlə gedilmir". Vətəndaş, əsasən də həqiqi demokratiyanın nə olduğunu bilməyən, hələlik demokratiya oyunu oynayan bizim vətəndaş ancaq özünə sərf eləyəni "demokratiya" bilir. Əgər sərf eləmirsə, o ümumiyyətlə, demokratiya deyil.
   
   Bir "demokratik molla" mənimlə mübahisə edir: bütün dünyada belə bir yazılmamış qanun var - qanunla qadağan olunmayan hər şeyi etmək olar - düzdür? Deyirəm, düzdür. Deyir, indi mənə o qanunu göstər ki, hicabla məktəbə getmək olmaz. Mən belə bir qanunun olub-olmadığın bilmirəm, bəlkə də yoxdur. Amma məktəbin geyim və davranış qaydaları var və orada hicabla dərsə gəlmək olar bəndi yoxdur. Cavab mollanı təmin etmir. Məcbur olub onun qaydaları ilə oynayıram: Molla, sən məclislərə niyə lüt getmirsən? Mənə dəliyə baxan kimi baxır. Deyirəm nədi, mənə qanunu göstər ki, məclisə lüt getmək olmaz. Deyir belə qanun yoxdur və susur. Amma bilirəm, ürəyində deyir ki, bu lənətullah mənim sözümü kəsmək üçün elə arqument gətirir ki, demokratik hüquqlarım pozulsun. Yaxşı bilir ki, mənim din haqda bildiklərim, mənim müsəlmançılığım onunkundan artıqdır. Yoxsa məni çox arxayınca kafirlikdə günahlandırardı. Yeri gəlməmişkən, onu da deyim ki, adamların anqırması da heç bir qanunla qadağan olunmayıb, amma anqıranlara o qədər də yaxşı baxmırlar.
   
   ATV-nin "El içində" verilişinin sonuncu sayında ağsaqqallar da, cavanlar da bir-birini ağ yuyub qara sərəndən sonra bu nəticəyə gəldilər ki, senzura qətiyyən lazım deyil, amma elin qınağı lazımdır ki, yolunu azan qayıtsın düz yola. Əvvəlla, bu "düz yol"un düzlüyü mübahisəli məsələdir. İkincisi də, elə həmin verilişdə ağsaqqalı-qarasaqqalı hamısının qınaqdan qətiyyən çəkinmədiklərini gördük. Qanundan, məcəllədən çəkinməyənlər üçün qınaq heç milçək vızıltısı da deyil. Ona görə də bu gündəyik və ona görə də mən əxlaq polisinin olmasının tərəfdarıyam. Amma o polisi haradan gətirəcəyik?
   
   İnsan Hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova çox gözəl bir təklif irəli sürüb ki, əhalinin köhnə kommunal borcları silinsin. Ağlı başında olan hər bir kasıb da, ortabab da, varlı da bu təklifin qəbuluna ikiəlli səs verər. Və doğrudan da sovet vaxtından qalma, lap elə sonradan sayğacsız-filansız demək olar ki, əksəriyyətimizin ayağına yazılan borclar kimisə varlandırıb, bizləri də ən azından yersiz əsəbiləşdirib. Çoxlarımız qanundan qorxub, qınaqdan çəkinib borc-xərc pul tarpıb olmayan borcumuzu ödəmişik də. İndi də millət vəkili Vahid Əhmədov deyən kimi, sayğac qoyulan günə qədər sıfır variantına gəlmək, yəni savyğacsız borcları silmək çox məqbul variant olardı. Bir əmmadan başqa: Abşeronun Qobu kəndində küçələrdə qoyulan elektrik sayğaclarını kəmali-səliqə ilə sındırıblar və deyirlər ki, bizə təhvil verilməyib, cavabdeh erektirik idarəsidir. İndi kim zəmanət verə bilər ki, biz borcumuzu sildirmək üçün sayğaclarımızı məhv etməyəcəyik? Axı dedim ki, biz demokratiyanı ancaq sərf edəndə qəbul edənlərik. Bu dəfə yeri gəlmişkən, respublikanın bütün kəndlərində elektrik sayğacları küçələrdə, elektrik dirəklərinin əlçatan yerlərində qoyulub ki, nəzarətçilər maneəsiz yoxlaya bilsinlər. İndi Qasıma pislik eləmək istəyən biri gecə vaxtı həmin sayğacı sındırırsa, burada Qasımın günahı nədir? İnanın ki, belə qasımlar minlərlə olacaq ha... Belə çıxmasın ki, mən borcların silinməsinin əleyhinəyəm, amma özmüzü də yaxşı tanıyıram...
   
   

TƏQVİM / ARXİV