Diktator rejimə nifrətin təzahürü: ABŞ qazandı, İran xalqı sevindi...
Xatırlayırsınızsa, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxış etdı. Orda Bayden ilə görüşə gələn onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən pankartlar qaldırdılar.
ABŞ prezidenti çıxışında dedi ki, narahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq.
Baydenin bu çıxışı İranda nümayişçilər arasında nə qədər sevinclə qarşılansada, İran hökumətini bir o qədər məyus etdi.
Elə İranın məyusluğu da etirazçılarda ruh yüksəkliyi yaratdı. Meydanlar yenidən gənclərlə doldu, etiraz aksiyaları yenidən qızışdı.
Bu iran xalqının hazırkı hökümətə və idarəçiliyə nifrətinin bariz nümunəsidir.
İranda xalqın İran rejiminə nifrəti növbəti dəfə özünü göstərib.
Adalet.az fars seqmentinin isosial şəbəkə hesabına istinadən xəbər verir ki, İranda analoqu olmayan hadisə baş verib. Beləki, gecə saatlarında Qətərdə keçirilən Dünya Çempionatında ABŞ yığmasının İranı məğlub etməsinə sevinən İran xalqı bütün şəhərlərdə küçələrə axışıb.
Məlumatlarda deyilir ki, hətta bəzi şəhərlərdə atəşfəşanlıq keçirilib, xalq nümayəndələri bir-birini təbrik edib. İnsanlar həmçinin, "Diktatora ölüm", Xameneiyə ölüm" və "Azadlıq" şüarlar səsləndirən xalq öz futbol klubunun uduzmasını bayram edib.
Qeyd edək ki, bu komandalar ən son 1998-ci il dünya çempionatının F qrupu çərçivəsində keçirilən, sonralar "bütün oyunların anası" adlandırılacaq matçda üz-üzə gəlmişdilər və oyun 2-1 hesabı ilə İranın qələbəsi ilə yekunlaşmışdı.
P.S. Bu əslində xalqa düşmənçilik edən İran dövlət idarəçiliyinə, diktator rejimə və rejimi qoruyan güc strukturlarına nifrətin təzahürüdür! Görün, diktator rejim xalqı necə canını boğazına yığıb, onlara necə dəhşətlər yaşadıb ki, məğlubiyyətlərinə sevinirlər...
Əslində başda Xamanei və İ.Rəisi bu olaydan sonra bir nəticə çıxarmalıdır. Əks halda Co Bayden demiş, İran bu rejimdən azad olacaq.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

