Deputat vətəndaşların banklara olan borcunu AÇIQLADI
"Burada nazirlər tərəfindən gündə 200 yeni iş yerinin açılması qeyd olundu. Amma bilmirik ki, gündə nə qədər insan iş yerini itirir. Açılan iş yerlərinin hansı hissəsi istehsal və emal müəssisələrinin yaradılması hesabınadır. Banklarda vətəndaşların əmanətlərinin artması qeyd olunsa da, nə qədər insanın istehlak və ipoteka kreditlərinin olması barədə məlumat verilmədi. Söhbət 3 milyondan artıq vətəndaşımızın 12 milyard 690 milyon manat borcundan gedir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və özəlləşdirilməlidir: "Dövlət sərhədləri nəhayət açılmalıdır. Xaricdən əmək miqrantlarının yaxınlarına göndərdikləri vəsaitin azalması səbəbindən insanların sosial durumu, xüsusilə kənd rayonlarında xeyli ağırlaşıb. Bir faktı qeyd edim ki, vaxtilə bu rəqəm 3-4 milyard dollar idi. Ötən il ölkəyə bu istiqamətdə 844 milyon manat vəsait daxil olubsa, bu ilin birinci rübündə 85,5 milyon manat daxil olub. Azalma 44,9 faizdir. Bu onu göstərir ki, ünvanlı sosial yardımların verilməsi üçün ayrılan 465 milyon manatalıq vəsait bir neçə dəfə artırılmalıdır. Kənd yerlərində insanlar təsərrüfatla dolana bilmirlər".
Digər Xəbərlər
19 Noyabr 2025 17:27
ABŞ-Azərbaycan İşçi Qrupuna o rəhbərlik edəcək
19 Noyabr 2025 16:57
Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü
19 Noyabr 2025 16:20
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
19 Noyabr 2025 16:17
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
19 Noyabr 2025 14:29
“Ağdam daha güclü, daha müasir bölgə kimi inkişaf edir”
19 Noyabr 2025 11:40
Elçin Əmirbəyov Efiopiyada görüşlər keçirdi - FOTO
19 Noyabr 2025 11:39
Spiker: Azərbaycan iqtisadi müstəqilliyini daha da gücləndirib
19 Noyabr 2025 11:39


Bakı -°C

