Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.
Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb.
Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi çərçivəsində atılan addımlar, post-münaqişə dövründə bərpa-quruculuq işləri barədə məlumat verib.
Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
19 Noyabr 2025 17:27
ABŞ-Azərbaycan İşçi Qrupuna o rəhbərlik edəcək
19 Noyabr 2025 17:10
Deputat vətəndaşların banklara olan borcunu AÇIQLADI
19 Noyabr 2025 16:57
Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü
19 Noyabr 2025 16:20
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
19 Noyabr 2025 14:29
“Ağdam daha güclü, daha müasir bölgə kimi inkişaf edir”
19 Noyabr 2025 11:40
Elçin Əmirbəyov Efiopiyada görüşlər keçirdi - FOTO
19 Noyabr 2025 11:39
Azərbaycan müstəqilliyini daxili resurslarla təmin edib - Deputat
19 Noyabr 2025 11:39


Bakı -°C

