Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş - YENİLƏNİB
Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatı məlum olub.
Adalet.az APA-ya istinadən xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Qızın nənəsi Gülnaz Məmmədovanın sözlərinə görə, hadisə nəvələri suda çiməndə baş verib:
"Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdilər, tapa bilmədilər. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girmişdi".
Nənəsi onu da bildirib ki, nəvəsi idmançı idi, bir neçə yarışın qalibi olub.
O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.
Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.
***
09:27
Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
09 Sentyabr 2026 19:03
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
09 Sentyabr 2026 18:04
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
09 Sentyabr 2026 17:51
Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO
09 Sentyabr 2026 11:19
... Sağ qaldı...
08 Sentyabr 2026 16:41
“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44


Bakı -°C

