Daşınmaz əmlak alanlara 3,4 milyon manatdan çox ƏDV qaytarılıb
2025-ci ilin yanvar ayı ərzində Azərbaycanda ümumilikdə göstərilmiş xidmətlərə görə ƏDV-nin 17,5 milyon manatdan çox hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Bu barədə Adalet.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Bura pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV daxildir.
Qeyd edilib ki, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. 2025-cü ilin yanvar ayında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 3,4 milyon manatdan çox olub.
Digər Xəbərlər
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:29


Bakı -°C

