COVID-19 barədə bilmədiyimiz yeni fəsad açıqlandı
COVID-19 pandemiyası bütün dünyada piylənmə ilə bağlı vəziyyəti daha da pisləşdirib. Bu tendensiya davam edərsə, iki il ərzində 205 milyondan çox uşaq və yeniyetmə artıq çəkidən əziyyət çəkəcək.
Bu barədə rusiyalı alimlər qrupu xəbərdarlıq edib.
Onların sözlərinə görə, bundan başqa 2025-ci ilə qədər dünyada hər beşinci yetkin insan piylənmədən əziyyət çəkəcək, əsas zərərçəkənlər isə qadınlar olacaq - 21 faizdən çoxu (kişilər üçün bu göstərici 18%-dir).
Mütəxəssislərin fikrincə, bütün bunların günahı koronavirus pandemiyasındadır. COVID-19 məhdudiyyətləri səbəbindən fitnes klubları və aktiv məşq edə biləcəkləri yerlər bağlandı, buna görə insanlar idman etmək imkanlarını itirdilər.
Qeyd olunur ki, fiziki aktivlik hər il 5 milyon insanı xilas edə bilər, orta intensivlikli məşq (həftədə cəmi 2,5 saat) isə ölümü təxminən 10% azalda bilər.
Piylənmənin başqa bir səbəbi düzgün olmayan qidalanmadır. Bu gün dünya əhalisi həddindən artıq miqdarda duz və ya şəkər ehtiva edən emal olunmuş məhsullar istehlak edir.
Digər Xəbərlər
29 Sentyabr 2026 13:08
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
29 Sentyabr 2026 11:52
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - DİQQƏTLİ OLUN!
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28 Sentyabr 2026 09:36
Bu içki qaraciyəri qoruyurmuş
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00


Bakı -°C

