"COP29 zamanı Azərbaycan mediasına çoxsaylı istinad edilib" - Natiq Məmmədli
COP29 zamanı Azərbaycan mediasına çoxsaylı istinadlar olunub. Media nümayəndələrimiz bütün çağırışlara peşəkarcasına cavab verərək qarşıya qoyulan vəzifələri uğurla icra ediblər.
Adalet.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O qeyd edib ki, WUF13-lə bağlı da qarşıda duran vəzifələr dəyişməz qalır. “Bizim əsas hədəfimiz məlumatları keyfiyyətli, düzgün və operativ şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır. Çünki Azərbaycanın şəhərsalma sahəsində tutduğu mövqe və həyata keçirdiyi layihələr beynəlxalq ictimaiyyət üçün böyük maraq kəsb edir. Xüsusilə qeyd olunmalıdır ki, ölkəmiz Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir, şəhərlərimizi müasir və dayanıqlı prinsiplər əsasında yenidən qurur. Bu, Azərbaycanın dünyaya təqdim edəcəyi mühüm hekayədir. WUF13 isə bu hekayəni beynəlxalq auditoriyaya çatdırmaq üçün ideal platforma olacaq”,- deyə Natiq Məmmədli vurğulayıb.
Digər Xəbərlər
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
12 May 2026 15:20
MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12
MEDİA-nın təşkilatçılığı III Forumun açılış mərasimi keçirilib - FOTOLAR
01 May 2026 12:07
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
01 May 2026 11:50


Bakı -°C

